“Xəstələrdən 12-si hələ də müalicə olunur” - Mərkəzdən açıqlama

Mayın 18-də Bakının Binəqədi rayonunda 16 mərtəbəli binada baş verən yanğın hadisəsi zamanı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən xəstələlərdən 12-si hələ də müalicə olunur.


Bu barədə AzNews.az-a Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.

Onun sözlərinə görə, yanğın nəticəsində xəsarət alan xəstələrdən daha biri bu gün evə buraxılaçaq.

Şöbə müdiri vurğulayıb ki, xəstələrin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Xatırladaq ki, baş verən yanğından sonra bu şöbəyə 35 xəstə gətirilib.

Bahar RÜSTƏMLİ
AzNews.az