İlham Əliyev sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Bolqarıstan Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə dair 2015-ci il martın 4-də Sofiya şəhərində imzalanmış Protokolun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.



AzNews.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinə bu sərəncamda göstərilən Protokolun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə isə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Bolqarıstan Hökumətinə bildiriş göndərmək tapşırılıb.


AzNews.az