Şamaxının yol polisi rəisi Mübariz Fətəliyev tutduğu vəzifədən azad edilib. Şamaxının yol polisi rəisi Mübariz Fətəliyev tutduğu vəzifədən azad edilib.

Kərəm Həsənovu yol polisi saxladı: Rəis işdən çıxarıldı

Şamaxının yol polisi rəisi Mübariz Fətəliyev tutduğu vəzifədən azad edilib.


AzNews.az istiqlal.az-a istinadən xəbər verir ki, Mübariz Fətəliyevin işdən çıxarılmasının səbəbi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovla bağlıdır. Bildirilir ki, bu günlərdə Şamaxıya gedən Kərəm Həsənovun avtomobili yerli yol polisləri tərəfindən saxlanılıb. Kərəm Həsənovu tanımayan polislər onunla kobud danışıb. Sonradan maşınını saxladıqları şəxsin yüksək vəzifəli şəxs olduğunu bildikdə üzrxahlıq ediblər. Lakin Kərəm Həsənov bununla kifayətlənməyib.

O, yol polisləri barədə DİN rəhbərliyinə şikayət edib. Bundan sonra Mübariz Fətəliyev işdən çıxarılıb.