Türkiyənin Gömrük və Ticarət Nazirliyinin müfəttişlərinin 11 ay əvvəl tamamladığı "Rza Zərrab" hesabatının bəzi detalları üzə çıxıb. Türkiyənin Gömrük və Ticarət Nazirliyinin müfəttişlərinin 11 ay əvvəl tamamladığı "Rza Zərrab" hesabatının bəzi detalları üzə çıxıb.

Azərbaycanlı iş adamının başı bəlada – 8 milyard dollarlıq qızıl

Türkiyənin Gömrük və Ticarət Nazirliyinin müfəttişlərinin 11 ay əvvəl tamamladığı "Rza Zərrab" hesabatının bəzi detalları üzə çıxıb.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı "Hürriyet" qəzeti əldə edib.

Məlumata görə, İran dövlətini 2.8 milyard dollar aldatdığına görə məhbus həyatı yaşayan Babək Zəncani ilə azərbaycanlı iş adamı Rza Zərrabın pul mübadiləsi olub.

Rza Zərrabla bağlı 17 dekabr araşdırması o zaman gömrük və ticarət naziri işləyən Hayati Yazıcının göstərişilə hazırlanıb və 8 avqust 2014-cü ildə başa çatdırılaraq nazirliyə təqdim olunub. Nazirliyin baş inspektoru Mehmet Eryılmazın imzası ilə hazırlanan və Təftiş sədri Zəfər Yıldırımlı tərəfindən qəbul edilən 651 səhifəlik araşdırma hesabatında Zərrabın əlaqəli olduğu 43 şirkətin 2011 və 2013-cü illər arasında Türkiyə, İran, Çin, BƏƏ və Rusiya arasında həyata keçirdiyi idxal, ixrac və valyuta transferləri qeydə alınıb.

11 aydır ki, nazirlikdəki rəflərdə gözləyən hesabatla bağlı heç bir əməliyyatın aparılmadığı öyrənilib.

Zərrabın sahibi olduğu "Royal Dənizçilik və Qiymətli Minerallar" şirkəti 10 may 2012-ci ildə Bank Mellatın İstanbul şöbəsindən Babək Zəncaninin şirkətinə 5 milyon 100 min TL verib.

Hesabatda Zərraba aid "Ravanda" şirkəti Zəncaninin "SCT CO/SCT Banker" adlı şirkətinə 2012-ci il ərzində tam 942 kiloqram qızıl ixrac edib.

Zərrabın şirkətlərindən 2012-2014-cü il tarixləri arasında yalnız İran və BƏƏ-yə 8 milyard dollar dəyərində 151 ton 142 kiloqram qızıl ixrac edilib.