MTRŞ sədri məmur və ziyalıları ittiham etdi

"Ədəbi dilin qorunması və inkişafında problemlər var". Bunu Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib.

MTRŞ sədri bu məsələdə ziyalı və məmurları ittiham edərək onlara mesaj ünvanlayıb: " Necə olar ki, Azərbaycana gələn xarici ölkə səfirləri, onların ailəsi qısa zamanda Azərbaycan dilini öyrənir, vətəndaşlarımız isə öz dilimizi öyrənə bilmirlər? 20 ildir ki, müstəqilik, amma hələ də vətəndaşlarımız ana dilində danışmaq istəmirlər".

MTRŞ sədri Azərbayc dilinin pozulmasında aparıcıları da ittiham edib. Onun sözlərinə görə, aparıcılar xalq arasında danışdıqları kimi efirdə çıxış edirlər: "Bu da nəticədə dilimizin qaydalarının pozulmasına gətirib çıxarır".

Bahar Rüstəmli
AzNews.az