- Köhnə - Cəmiyyət
- 23 İyul 2015 17:30
- 2 712
“Azərbaycan qanunları Şərti Anti-korrupsiya Məhkəməsində” - Yeni layihə

Vətəndaş Cəmiyyəti Uğrunda Qadınlar Alyansı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Azərbaycan qanunları Şərti Anti-korrupsiya Məhkəməsində” (vətəndaş ekspertizası) adlı layihəni gerçəkləşdirir.
AzNews.az xəbər verir ki, layihə 2015-ci il mayın 1-dən oktyabrın 31-dək davam edəcək.
Bu layihə çərçivəsində 2015-ci il iyulun 25-də "İlham Səfər Azərbaycan qaunuvericiliyində normativ hüquqi aktların və yerli qanunqüvvəli aktların korrupsiya hallarına qarşı" mövzusunda ikinci rəmzi məhkəmə keçiriləcək.
Məhkəmə rol oyunları qaydasında qurulduğu üçün rəmzi olacaq.
Qeyd edək ki, məhkəmə prosesinin sədri prof. Qulu Məhərrəmli, iddiaçı İlham Səfər, cavabdeh isə Şahbaz Xuduoğlu olacaq.
İddiaçının tənqidi qanunlarla bağlı önəmli sənədlərin, aktların, tövsiyyələrin məsuliyyətinin nazirlik və komitələrə verilməsinə qarşıdır. Cavabdeh qanunvericiliyi müdafiə edəcək və eyni zamanda iddianın nöqsanlarını göstərməyə çalışacaq. Bunun nəticəsində qanunvericiliyin antikorrupsion ekspertizası gerçəkləşdiriləcək.
Çıxışların sonunda iddiaçı və cavabdehə suallar veriləcək. Şərhlər də mümkün olacaq. Sonra isə tamaşaçılar andlılar (jüri) rolunda kimin haqlı olmasına səs verəcəklər.
Rəmzi məhkəmə 2015-ci il iyulun 25-də saat 15:00-da "Görüş" restoranında keçiriləcək (ünvan: Bakı ş. Səməd Vurğun küçəsi 68, sirkin yanı).