Qubanın Zərdabi qəsəbə sakinləri Quba-Xaçmaz yolunu bağlayıblar. Qubanın Zərdabi qəsəbə sakinləri Quba-Xaçmaz yolunu bağlayıblar.

Qubalılar Xaçmaz yolunu bağladı – İçməli su problemi

Qubanın Zərdabi qəsəbə sakinləri Quba-Xaçmaz yolunu bağlayıblar.


AzNews.az xəbər verir ki, sakinlərin yolu bağlamalarına səbəb içməli su problemlərinin həll edilməməsidir. Zərdabi sakinləri bir müddətdir ki, qəsəbələrində içməli suyun olmadığını, su gətirmək üçün digər qəsəbə və kəndlərə getməyə məcbur olduqlarını bildiriblər. Aidiyyəti qurumlara müraciət edən sakinlər problemlərinin həll edilmədiyini gördükdən sonra, çıxış yolunu Quba-Xaçmaz yolunu bağlamaqda görüblər.

Yol 2 saat bağlı qalıb. Etirazçılar rayon polis qüvvələrinin köməyi ilə dağıdılıblar.

Məlumat üçün bildirək ki, sakinlər sözügedən yolu dünən də bağlayıbmışlar.