Razi Nurullayev yeni mətbuat katibi təyin etdi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Etimad Qurultayının Təşkilat Komitəsinə mətbuat katibi təyin olunub.


Komitədən AzNews.az-a verilən məlumta görə, bu vəzifəni Vüsal Qarayev icra edəcək. Bu barədə AXCP Etimad Qurultayı TK-dan məlumat verilib.

Məlumat üçün bildirək ki, V. Qarayev 2006-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib. Region tv-də, müxtəlif qəzet, jurnal və saytlarda jurnalist kimi fəaliyyət göstərib.