Sentyabrın 4-də Azərbaycanın bir sıra rayonlarında baş vermiş güclü zəlzələ ilə bağlı həmin ərazilərdə sürüşmə və çökmə halları qeydə alınmayıb. Sentyabrın 4-də Azərbaycanın bir sıra rayonlarında baş vermiş güclü zəlzələ ilə bağlı həmin ərazilərdə sürüşmə və çökmə halları qeydə alınmayıb.

Nazirlikdən daha bir zəlzələ açıqlaması: “Əgər yenidən titrəyişlər olsa...”

Sentyabrın 4-də Azərbaycanın bir sıra rayonlarında baş vermiş güclü zəlzələ ilə bağlı həmin ərazilərdə sürüşmə və çökmə halları qeydə alınmayıb.

Bunu AzNews.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

Onun sözlərinə görə, yenidən zəlzələ olduğu halda ərazilərdə ekzogen geoloji proseslərin olması mümkündür:
"Hazırda xidmətimizin bütün əməkdaşları dünən zəlzələ baş vermiş rayonlardadır. Onların verdiyi məlumata görə, zəlzələ ilə əlaqədar olaraq ərazilərdə heç bir sürüşmə və çökmə hadisəsi baş verməyib. Düzdür evlərdə çatlar var. Amma onların heç birisinin ekzogen geoloji proseslərlə əlaqəsi yoxdur. Əgər bundan sonra hansısa titrəyişlər olsa, bu zaman yenə müəyyən çatlar və sürüşmə halları qeydə alına bilər. Hələlik isə ciddi bir hadisə olmayıb".

Əlamdar Priyev əlavə edib ki, dünənki zəlzələ ilə bağlı Badamdar ərazisində sürüşmə və çökmə hadisəsinin baş verməsi gözlənilmir.

Qeyd edək ki, sentyabrın 4-də saat 09:49-da Şəkidən 29 km cənub-şərqdə Şəki ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 7 bal, ətraf rayonlarda 6-5 bala qədər hiss olunub.

Sevinc Yasinqızı
AzNews.az