Almaniyada müalicə olunan teleaparıcı Hacı Nuran Hüseynovun vəziyyəti pisdir. Almaniyada müalicə olunan teleaparıcı Hacı Nuran Hüseynovun vəziyyəti pisdir.

Hacı Nuranın səhhətindən xəbər var

Almaniyada müalicə olunan teleaparıcı Hacı Nuran Hüseynovun vəziyyəti pisdir.


AzNews.az xəbər verir ki, teleaparıcı səhhəti ilə bağlı son durumu öz "Facebook" səhifəsində yazıb:

"Əziz dostlar, neçə müddətdir ki, özümü çox pis hiss edirəm. Dua edin. İnşallah bu dözülməz müalicənin sonu yaxşı olar".

Qeyd edək ki, uzun müddət ağciyərin onkoloji xəstəliyindən əziyyət çəkdiyi üçün Almaniyada müalicə alan Hacı Nuran fevralda Bakıya qayıtmışdı. Müayinə üçün Almaniyaya gedən teleaparıcının xəstəliyinin irəlilədiyi bəlli olub. O, bir müddət əvvəl səhhətinin daha da pisləşdiyini, reanimasiya şöbəsinə yerləşdirildiyini bildirib.

Sevinc Yasinqızı