Son günlər nəqliyyat naziri Ziya Məmmədovun işə çıxmaması ilə bağlı mətbuatda müxtəlif xəbərlər yayılıb. Son günlər nəqliyyat naziri Ziya Məmmədovun işə çıxmaması ilə bağlı mətbuatda müxtəlif xəbərlər yayılıb.

Ziya Məmmədov niyə işə çıxmır? - Nazirlikdən açıqlama

Son günlər nəqliyyat naziri Ziya Məmmədovun işə çıxmaması ilə bağlı mətbuatda müxtəlif xəbərlər yayılıb.


AzNews.az-ın məlumatına görə, məsələyə aydınlıq gətirən nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov AzVision.az-a açıqlamasında bildirib ki, Nəqliyyat naziri Ziya Məmmədov növbəti əmək məzuniyyətinə çıxıb:

"Cənab nazir Ziya Məmmədov sentyabrın 16-dan oktyabr ayının 23-nə qədər növbəti əmək məzuniyyətindədir. Əmək məzuniyyətinə çıxan hər bir şəxsin işə gəlməmək hüququ var. Nəqliyyat naziri Ziya Məmmədov da əmək məzuniyyətində olduğu üçün işə çıxmır. Bu müddətdə nazirin işə çıxmamaq haqqı-hüququ var, yəni sensasiya deyil. Bəzi saytlar isə hərəsi buna bir rəy verir".