SentyabrIn 26-da axşam saatlarında Ermənistan Silahlı Qüvvələri tərəfindən minaatanlardan da istifadə edilməklə, Ağdam rayonunun cəbhə boyu kəndlərinin atəşə tutulması nəticəsində mülki şəxs Bağırov Bəhram Qaraxan oğlu həlak olub. Ermənilər yaşayış məntəqələrimizi atəşə tutaraq dinc sakinləri qətlə yetirməklə döyüş meydanındakı uğursuzluqlarının əvəzini çıxmağa çalışırlar. SentyabrIn 26-da axşam saatlarında Ermənistan Silahlı Qüvvələri tərəfindən minaatanlardan da istifadə edilməklə, Ağdam rayonunun cəbhə boyu kəndlərinin atəşə tutulması nəticəsində mülki şəxs Bağırov Bəhram Qaraxan oğlu həlak olub. Ermənilər yaşayış məntəqələrimizi atəşə tutaraq dinc sakinləri qətlə yetirməklə döyüş meydanındakı uğursuzluqlarının əvəzini çıxmağa çalışırlar.

Nazirlikdən Ağdamda qətlə yetirilən dinc sakinlə bağlı - Açıqlama

SentyabrIn 26-da axşam saatlarında Ermənistan Silahlı Qüvvələri tərəfindən minaatanlardan da istifadə edilməklə, Ağdam rayonunun cəbhə boyu kəndlərinin atəşə tutulması nəticəsində mülki şəxs Bağırov Bəhram Qaraxan oğlu həlak olub. Ermənilər yaşayış məntəqələrimizi atəşə tutaraq dinc sakinləri qətlə yetirməklə döyüş meydanındakı uğursuzluqlarının əvəzini çıxmağa çalışırlar.



AzNews.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

"Maraqlıdır ki, belə vəziyyətdə beynəlxalq qurumlar erməni tərəfinin itkilərinə dərhal reaksiya verdiyi halda, nədənsə Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulmasına və dinc sakinlərinin qətlinə biganə qalır və ermənilərin cinayətlərinə düzgün reaksiya verməyərək göz yumurlar.

Qoşunların təmas xəttində vəziyyətin gərginliyini, mülki əhalinin və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunmasını nəzərə alaraq, Silahlı Qüvvələrimiz daha artıq dağıdıcı qüvvəyə malik zərbə vasitələrindən istifadə etməklə qarşı tərəfin hərbi obyektlərinə əvvəlcədən xüsusi xəbərdarlıq olmadan zərbələr endirmək hüququnu özündə saxlayır. Bunun nəticələrinə görə məsuliyyət birbaşa Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - deyə MN mətbuat xidmətində qeyd edilib.