ATV-nin aparıcısı Zaur Baxşəliyev “Öz aramızda” verilişinin bağlanması ilə bağlı açıqlama verib. ATV-nin aparıcısı Zaur Baxşəliyev “Öz aramızda” verilişinin bağlanması ilə bağlı açıqlama verib.

“ATV 2 həftə vaxt vermişdi” - Zaur

ATV-nin aparıcısı Zaur Baxşəliyev “Öz aramızda” verilişinin bağlanması ilə bağlı açıqlama verib.


AzNews.az axşam.az-a istinadən xəbər verir ki, aparıcı bu haqda sosial şəbəkədə yazıb. O, yeni layihə ilə efirə qayıdacağını vurğulayıb:

"ATV telekanalı tərəfindən verilişimlə bağlı açıqlama verilib. Biz yeni studiyadan başqa layihə ilə çıxmalı idik. ATV rəhbərliyi yarımçıq qalmış və həllini tapmış bəzi problemləri yekunlaşdırmaq üçün "Öz aramızda" layihəsinə 2 həftə vaxt verdi. Biz də bu 2 həftə ərzində çalışıb həllini tapan məsələləri təqdim etdik. Yaxın günlərdə iki layihəmiz – "Məni yarımdan soruş" və "Bu stil mənim" efirə gedəcək. Hər ikisi vaxt aparan layihələrdir. Biri Türkiyədə çəkilir, digəri isə ölkədaxilində. Bunları səhmana salana qədər gündəlik efirimizə ara vermişik. İnşallah daha gözəl formatda, daha qlobal layihələrlə qarşınızda olacağıq. ATV telekanalı maddi texniki bazasını gücləndirib. Görürsünüz ki, heç bir layihəsinə start verməyib. Biz köhnəyə əl gəzdirmirik, yeni, inkişaf etmiş, standartlara uyğun layihələrlə tamaşaçıların zövqünü oxşamağa çalışırıq. Bu baxımdan daha səviyyəli və baxımlı verilişlərlə gələcəyik.

Millətimizə, dövlətimizə, dəyərlərimizə hörmətlə, Zaur Baxşəliyev".

Qeyd edək ki, Z.Baxşəliyev daha sonra yazdığı statusunu silib.