- Köhnə - Cəmiyyət
- 2 Oktyabr 2015 14:30
- 4 619
Mətanət yeni verilişindən danışdı
ATV-də yayımlanan "Mənim mətbəxim" verilişindən uzaqlaşan teleaparıcı Mətanət Əliverdiyeva yenidən efirə qayıdır.
AzNews.az xəbər verir ki, tədbirlərin birinə qatılan aparıcı "Qafqazinfo" açıqlamasında bildirib ki, yeni layihə üzərində çalışır:
"İki həftə sonra efirə qayıdacam. Veriliş səhər saatlarında yayımlanacaq. Ad barədə qərar verməmişik. Tamaşaçıları maraqlı proqram gözləyir. Bu haqda çox danışmaq istəmirəm, izləyicilər intizarda qalsın".
Qeyd edək ki, aparıcının "Gündəlik" verilişi də yeni mövsümdən yayımlanmayacaq.