Parlamentdə oturan məmurlar – Qanunverici orqanın qanunpozanları, yoxsa...?

Milli Məclisə keçiriləcək parlament seçkilərinə bir aydan da az vaxt qalır.

Deputatlığa namizədlikləri irəli sürülən şəxslərin arasında dövlət orqanlarında yüksək vəzifə tutan şəxslər də var.

Bəs icraedici orqanın qanunverici orqan sayılan Milli Məclisdə təmsil olunması Azərbaycan qanunvericiliyində necə əks olunur?

Mərkəzi Seçki Komisiyasının sabiq üzvü Ənvər Əliyev AzNews.az-a açıqlamasında bildirib ki, qanunda və normal çəmiyyətlərdə qanunverici orqanlarla icra orqanları ayrı-ayrı strukdurlardır: "Sovet dövründə qanunverici orqanın üzvləri, yəni Ali Sovet ancaq qanunverici orqanda otururdu. İcra orqanları, yəni Nazirlər Kabinetinə daxil olan strukturlar isə onların qarşısında məsul idi və izahat, hesabat verirdilər.

Məntiqi cəhətdən düzgün deyil ki, bir şəxs həm icra orqanlarında otursun, həm də ona nəzarət edən qanunverici orqanda təmsil olunsun.

Ancaq buna baxmayaraq, Azərbaycan müstəqilik əldə edəndən sonra təəssüf ki, parlametdə həm də icra orqanlarına rəhbərlik edənlər oturdular. Bu qanuna ziddir".


Ə.Əliyev qeyd edib ki, qanunverici orqanla icraedici orqan ayrı-ayrı strukturlardır: "Biri o birinin qarşısında məsuldur. Ona hesabat verməlidir. Sonradan dedilər ki, icra oqranlarından 15 faizi parlamentdə təmsil oluna bilər. Hazırkı icra orqanlarına rəhbər şəxslərin eyni zamanda parlamentdə təmsil olunması da 15 faizin içində gedir. Onlar həm qəbul edir, həm də qanun qarşısında hesabat verir. Ona görə də Azərbaycan parlametində iki hakimiyyətlilik yarandı. İcra orqanlarında işləyənlərin heç birinin qanunverici orqanda oturmağa ixtiyarı çatmır".

Millət vəkili İqbal Ağazadə isə AzNews.az-a açıqlamasında bildirib ki, konstitusiya ilə qadağan olunmayan sahələr var ki, onların rəhbərləri Milli Məclisdə təmsil oluna bilər: "Pedaqoji və icra strukturları daxil olmaqla, bu sahədə çalışanların parlamentdə təmsil olunmağa ixtiyarı yoxdur".

Qeyd edək ki, bu il keçiriləcək parlament seçkilərində universitet rektorlarına şərt qoyulub. Onlara ya parlamenti ya da universitet rektorluğunu seçmək şansı verilib. Buna görə də, hazırkı deputat rektorların bəziləri seçkidən kənarda qaldı.

Bahar RÜSTƏMLİ
AzNews.az