"Azərbaycanda nikaha daxil olmaq istəyən daha 34 nəfərdə QİÇS xəstəliyi aşkarlanıb". Bunu Aile.lent.az-a açıqlamasında Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib. "Azərbaycanda nikaha daxil olmaq istəyən daha 34 nəfərdə QİÇS xəstəliyi aşkarlanıb". Bunu Aile.lent.az-a açıqlamasında Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib.

Evlənmək istəyənlərdə dəhşətli xəstəliklər tapıldı- Azərbaycanda

"Azərbaycanda nikaha daxil olmaq istəyən daha 34 nəfərdə QİÇS xəstəliyi aşkarlanıb". Bunu Aile.lent.az-a açıqlamasında Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib.


Z. Əlimirzəyeva bildirib ki, QİÇS aşkarlananların mütləq əksəriyyəti oğlandır. Onların hər birinə fərdi şəkildə bu xəstəliyin aşkarlandığı barədə məlumat verilib və həmin şəxslər haqqında məlumat SPİD Mərkəzinə göndərilib: "Nikaha daxil olmaq istəyən və QİÇS aşkarlanan şəxslərin bu məlumatı ailə qurmağa hazırlaşdığı şəxsdən gizlədəcəyi inanılmazdır. Çünki onların mütləq əksəriyyəti analizin nəticələrini almağa birlikdə gəlir. Bundan əlavə QİCS xəstəliyinin olduğunu bilib bu xəstəliyi başqasına yoluxdurmaq cinayət məsuliyyəti yaradır".

İnstitut direktoru onu da qeyd edib ki, tibbi müayinəyə başlayandan sentyabr ayının sonunadək "Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası"na uyğun olaraq, tibbi müayinə üçün 52 min nəfər müraciət edib. Onlardan 3730 nəfərində talassemiyanın daşıyıcılığı aşkarlanıb: "3730 nəfər arasında talassemiya daşıyıcıları olsa da, onlardan yalnız 30 nəfərin hər ikisində talassemiya daşıyıcılığı aşkarlanıb. Nikaha daxil olmaq istəyənlərdən birinin talassemiya daşıyıcısı olması gələcəkdə doğulacaq uşaq üçün təhlükə yaratmır. Yəni, əgər cütlüyün birində talassemiya aşkar olunursa, onların ailə qurması üçün heç bir problem olmur. Ona görə də biz talassemiya aşkarlanan hər iki cütlüyün statistikasını açıqlayırıq. İndiyədək aparılmış müayinələr zamanı 30 cütlüyün hər ikisinin talassemiya xəstəliyinin daşıyıcısı olduğu üzə çıxıb. 137 nəfərdə isə sifilis xəstəliyi aşkarlanıb".

Respublika QİCS-lə Mübarizə Mərkəzinin Epidemioloji Nəzarət və Profilaktika şöbəsinin müdiri Afət Nəzərli isə Aile.lent.az-a açıqlamasında bildirib ki, nikahı rəsmiləşdirmək üçün tibbi müayinədən keçən zaman QİÇS xəstəliyi aşkarlanan 34 nəfərdən 3-ü artıq qeyri-rəsmi ailəlidir: "Tibbi müayinə üçün müraciət edən 52 min nəfərdən 34-də QİÇS müayinəsinin müsbət çıxdığına dair bizim mərkəzə məlumat daxil olub. Dərhal həmin şəxslərlə telefon əlaqəsi yaradılaraq, təkrar müayinəyə cəlb ediliblər. Onlardan 4 nəfəri təkrar müayinə üçün gəlməyib. Yerdə qalanlarda isə bu xəstəliyin olduğu təsdiqlənib. Qeyd edim ki, onlardan 6 cütlüyün qeyri-rəsmi ailəli olduğu üzə çıxıb. Ümumiyyətlə, QİÇS aşkarlanan gənclərin çoxunun Rusiyada işlədiyi üzə çıxıb".


A.Nəzərli bildirib ki, nikaha görə tibbi müayinə zamanı QİÇS virusuna yoluxduğu bəlli olanlar 1984-1990-cı il təvəllüdlü şəxslərdir. Şöbə müdiri QİÇS virusu aşkarlanan 34 nəfərdən 7-nin qadın olduğunu söyləyib. Onun sözlərinə görə, həmin 34 nəfərdən ikisi - bir cütlük Respublika QİCS-lə Mübarizə Mərkəzində müalicə alan şəxslərdir: "Onlar Mərkəzdə 2014-cü ildən qeydiyyatdadırlar. Uşaqları sağlam doğulub. Uşağın sənədlərini almaq üçün tibbi müayinədən keçiblər".

Qeyd edək ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında" qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiqi ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılıb. Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.