Nə zamansa Azərbaycanın ictimai-siyasi həyatında yenicə atılan insanların özləri haqqında mif yaratmaları bəsit də olsa müəyyən dövr üçün keçərli texnologiya sayılırdı. Nə zamansa Azərbaycanın ictimai-siyasi həyatında yenicə atılan insanların özləri haqqında mif yaratmaları bəsit də olsa müəyyən dövr üçün keçərli texnologiya sayılırdı.

PAŞAnın PEŞƏsi – Keçmiş diplomat barədə ilginc faktlar

Nə zamansa Azərbaycanın ictimai-siyasi həyatında yenicə atılan insanların özləri haqqında mif yaratmaları bəsit də olsa müəyyən dövr üçün keçərli texnologiya sayılırdı.


Daha dəqiq desək, təxminən 20-25 il öncə çeşidli rənglərlə boyanmış yalanların ortaya çıxması üçün 40 gündən daha artıq vaxta ehtiyac duyulurdu...

Amma indi informasiya əsridir, hər hansı bir mifin, yalanın darmadağın edilməsi üçün nəinki saatlar, dəqiqələr, bəzən saniyələr də yetərli olur. Lakin təəssüf ki, bunu hələ də başa düşməyənlər, yaxud başa düşmək istəməyənlər var...
Təxminən 1 il öncə belələrindən biri ilə facebook sosial şəbəkəsində qarşılaşdım. Dubaydan vurub Ukraynadan çıxan, gah Tiflisdə, gah Kiyevdə peyda olan bu adamın ictimai-siyasi kruiz "səfərləri"nin coğrafiyası diqqətimi cəlb etdi... Əcaba vaxtilə Xarici İşlər Nazirliyi sistemində çalışmış və bu sistemlə əlaqələrini qoruyub saxlamağa çalışan bir adamın "Avromeydan"da nə işi var? Onu rəngli inqilabların texnoloqları ilə bağlayan nədir? Axı Paşa Məmmədov (İlisuyskiy) adlı adamı Azərbaycanda heç kim tanımır. Nəinki ciddi, heç sıradan bir siyasi fiqur da deyil.



Onu birdən-birə siyasi proseslərin ön cərgəsinə atan, hətta "Avromeydan"a gətirən hansı qüvvədir?
Suallar çoxdu və bu sualların heç birinə Paşa Məmmədovun hər 5-10 saniyədən bir qayçıladığı videomüraciətlərində aydınlıq gətirilmir.

Emosional və rabitəsiz çıxışları bu adamın başqa bir missiya daşıyıcısı olduğunu, özü haqqında həqiqətləri gizlətdiyini açıq şəkildə nümayiş etdirir... Bu sırf psixoloji və bəlkə də reflektiv məsələdir. Adətən yalan danışan, yaxud özü haqqında həqiqəti gizlətməyə çalışanlar daha bərkdən çığırmaqla "haqlı" olduqlarını sübuta yetirməyə çalışırlar. Məşhur bir el məsəlində olduğu kimi: "Oğru elə bağırdı, doğrunun bağrı yarıldı".

Amma ona ünvanlanan sualların qarşılığında arqumentsiz qaldığı üçün hər kəsə "erməni" damğası vurmağa çalışan Paşa Məmmədov haqqında həqiqətləri əldə etmək ciddi araşdırmaya ehtiyac da yoxdur. Adamın hər kəlməbaşı buraxdığı "boşluqlar" cənab İlusuyskinin gerçək kimliyini ortaya çıxarmaq üçün bəs edir.

Paşa Məmmədov 2009-2010-cu illərdə Azərbaycanın Dubaydakı səfirliyində 2-ci katib vəzifəsində çalışıb. Amma özünü gah "konsul", gah da "vitse-konsul" kimi təqdim edir. İlisuyskiy sosial şəbəkələrdəki profillərində "konsul" olduğunu yazır, amma bu vəzifədən, daha dəqiq desək 2-ci katib postundan nə üçün geri çağırıldığı barədə bircə kəlmə də söz açmır. O zaman Paşa Məmmədova yaxın keçmişi xatırlatmaq mənim üzərimə düşür:

Beləliklə, Azərbaycanın Dubaydakı səfirliyində 2-ci katib vəzifəsində çalışan Paşa Məmmədov 2010-cu ildə Bakıya çağırılır və ona öz arzusu ilə işdən ayrılmaq təklif olunur. Dubayda çeçen qruplaşması ilə birlikdə yarımzirzəmi bir sahədə "gecə klubu" açdığı və bu gecə klubunu Azərbaycan, Ukrayna və Gürcüstandan gətirilən qızlarla təmin etdiyi barədə həqiqətlərin çalışdığı ölkənin xüsusi xidmət orqanları tərəfindən ifşa olunduğunu biləndə böyük məmnuniyyətlə işdən ayrılmaq barədə ərizə yazır və gedir... Çünki əks təqdirdə Tiflisdə yaxın münasibətdə olduğu, sonradan Ermənistanın və eyni zamanda adını çəkmək istəmədiyim başqa bir ölkənin xüsusi xidmət orqanlarına işlədiyi ortaya çıxan "Mulatka" ləqəbli, Kiriakidi soyadlı modellə əlaqələrinə görə də cavab verməli olacaqdı...



Bütün bunlardan qorunmağın, sığortalanmağın yolunu isə Paşa Məmmədov öz personasını siyasiləşdirməkdə görür. Yuxarıda vurğuladığım məqamlara görə, bunu Azərbaycanda etmək mümkün olmadığı üçün Ukraynaya üz tutur. Özündən başqa daha 2 azərbaycanlının təsisçisi olduğu "Qafqaz xalqları Konqresi" ictimai birliyini yaradır və özünü bu qurumun prezidenti təyin edir. Amma hər yerdə Qafqaz xalqlarının nümayəndələrinin iştirakı ilə bu qurumun rəhbəri seçildiyini deyir. Qeyd edim ki, Ukraynada fəaliyyət göstərən heç bir ciddi diaspor qurumu Paşa Məmmədovu və onun QHT-ni ciddiyə almır...

Paşa Məmmədovun Ukraynadakı fəaliyyəti həddən artıq çoxşaxəlidir. Hətta "model biznesi" ilə də məşğul olur. Yəni PAŞA köhnə PEŞƏsini unutmayıb.


Cənab İlisuyskiy Ukraynadakı sonuncu iş yerini "Fashion avenue" kimi göstərib. Amma bununla bağlı apardığım araşdırtmadan sonra bəlli oldu ki, onun sonuncu iş yeri "Fashion avenue" deyil, "Fashion Life Group"du. Bu qurumun rəhbəri Marius Vox isə öz şərhlərində Paşa Məmmədovu nəinki 112 saylı Qax seçki dairəsindən deputat, hətta prezident görmək istəyir. "Fashion Life Group"un rəsmi saytına (www.fashionlifegroup.com) daxil olduqda isə işin mahiyyəti tam aydın olur. Belə ki, saytda hətta gecə yarısından səhər saat 5-ədək modellər təklif olunur....





Bütün bunlardan sonra cənab İlisuyskiyin su yoluna çevirdiyi Bakı-Kiyev-Bakı, Kiyev-Dubay-Kiyev, yaxud Tiflis marşrutu üzrə hansı vəsaitlər hesabına hərəkət etməsi, yaxud seçki kampaniyasına xərclədiyi vəsaitlərin mənşəyi barədə araşdırma aparmağa ehtiyac qalmadı. Mənzərə göz qabağındadı...

Sultan Məmmədli

Qeyd: AzNews.az olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.