“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanov sentyabrın 19-da özünə təmtəraqlı ad günü keçirib. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanov sentyabrın 19-da özünə təmtəraqlı ad günü keçirib.

Milyonçu şairdən Cavid Qurbanova – Ad günü sürprizi

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanov sentyabrın 19-da özünə təmtəraqlı ad günü keçirib.

AzNews.az xəbər verir ki, Bakının bahalı restoranlarının birində baş tutan məclisə yüksək vəzifəli şəxslər, iş adamları və səbəbkarın yaxın dostları qatılıblar.

Ad gününə qatılanlar C.Qurbanova bahalı hədiyyələr bağışlayıblar. Qonaqlardan biri - milyonçu, şair Gülağa Tənha isə mikrofonu alaraq, ona hədiyyə olaraq şeir gətirdiyini deyib və iddia edib ki, bu, ad günündə səbəbkara verilən ən böyük hədiyyədir. Şairin öz şeirini – hədiyyəsini belə qiymətləndirməsi isə bəzi qonaqların xoşuna gəlməyib.


AzNews.az ASC sədrinə həsr olunmuş və məclisdə kimlərinsə "kefinə soğan doğrayan" həmin şeiri əldə edib:



Bu od sönməyəcək!...

Dünyanın gözünə kül üfürürdü
Dünyaya görk idi söz zamanında
Şəmşir – məmləkətin söz sərkərdəsi
Dədə Qorqud idi öz zamanında.

Kəlbəcər könlünün irəm dağıydı,
Kimə bəlli deyil Qənbərin adı?
Belə bir ocaqda böyüdüyündən,
Sazıydı, sözüydü qoşa qanadı.

Dünya gözlərində gecələyərdi,
Könül xoşluğuyla, ehtişamıyla.
Allahsız dünyaya görk ola bildin
Firuzə ananın kəlamlarıyla.

Bu həlim xasiyyət, mərdlik, kişilik
Qətiyyət o boyda obadan gəlir.
Tanıyan tanıyır nəvə Şəmşiri
Yerişi-duruşu babadan gəlir.

İki övladını xoş yaşadırsan,
Könlündə, gözünün qarasında da.
Tanrı vergisidi, seçilə bilir
Nigarın Nigarlar sırasında da.

Sənin işığını görməyənmi var?
Şəmşir işığı var hər kəlamında.
Könül xoşluğudu söhbətin-sözün,
Könül xoşluğudu bir salamın da.

Şəmşir kəlamıyla dilləndirərik
Doğudan Batıya hər daşı, Cavid.
Sönməz, sönməyəcək Şəmşir ocağı
Gülağa Tənhanın sirdaşı Cavid!