Makedoniya Prezidenti George İvanov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qəyyumlar Şurasının sədri Nazim İbrahimovu qəbul edib. Makedoniya Prezidenti George İvanov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qəyyumlar Şurasının sədri Nazim İbrahimovu qəbul edib.

Makedoniya prezidenti Nazim İbrahimovla görüşdü

Makedoniya Prezidenti George İvanov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qəyyumlar Şurasının sədri Nazim İbrahimovu qəbul edib.



Komitədən AzNews.az-a verilən məlumata görə, görüş Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Sofiyada keçirilən "Avropada əməkdaşlıq və qonşuluğun yeni görüntüləri" konfransı çərçivəsində baş tutub.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə dair müzakirələr aparılıb. Makedoniya Prezidenti George İvanov bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi artıq düşüncə mərkəzinə çevrilib və burada aparılan müzakirələr region dövlətləri üçün çox vacibdir. Ölkəsinin Azərbaycanın tolerantlıq və qarşılıqlı anlaşma ideyalarının təbliğinə yönəlmiş təşəbbüslərini dəstəklədiyini bildirən Makedoniya Prezidenti gələn ilin martında keçiriləcək IV Qlobal Bakı Forumunda iştirak edəcəyini deyib.

Dövlət Komitəsinin sədri Nazim İbrahimov Azərbaycan Prezidenti İlham Əliyevin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunmuş forumlarda şəxsən iştrak etdiyini xatırladıb. O, qeyd edib ki, Azərbaycan dövləti dünyanı narahat edən qlobal problemlərin müzakirəsində hər zaman maraqlı olub. Dövlət Komitəsinin sədri Azərbaycan Prezidentinin dəstəyi ilə Bakıda keçirilmiş forumların mədəniyyətlərarası dialoqun dərinləşməsinə və qlobal problemlərin həlli yollarının tapılmasına mühüm töhfələr verdiyini vurğulayıb.