Gədəbəy Rayon İcra Hakimiyyəti (RİH) dünən“Yeni Müsavat” qəzetində Gədəbəy rayonu İcra Hakimiyyətinin başçısı haqda “Gədəbəyin icra başçısı obyektlərimizi zəbt edib” və “Prezident Administasiyasına şikayət olundu” sərlövhəli yazılara reaksiya verib. Gədəbəy Rayon İcra Hakimiyyəti (RİH) dünən“Yeni Müsavat” qəzetində Gədəbəy rayonu İcra Hakimiyyətinin başçısı haqda “Gədəbəyin icra başçısı obyektlərimizi zəbt edib” və “Prezident Administasiyasına şikayət olundu” sərlövhəli yazılara reaksiya verib.

Gədəbəy İH-dən ağır ittihamlara - Cavab

Gədəbəy Rayon İcra Hakimiyyəti (RİH) dünən“Yeni Müsavat” qəzetində Gədəbəy rayonu İcra Hakimiyyətinin başçısı haqda “Gədəbəyin icra başçısı obyektlərimizi zəbt edib” və “Prezident Administasiyasına şikayət olundu” sərlövhəli yazılara reaksiya verib.



RİH Başçısı Aparatının memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Elxan Vəliyev adından AzNews.az-a daxil olan məlumatda yazılarda yer alan məlumatlara aydınlıq gətirilib. Belə ki, E.Vəliyevin sözlərinə görə, şikayətçilərin dediklərinin heç biri həqiqəti əks etdirmir:

"Yazıda bir qrup gədəbəyli iş adamlarının Bakı şəhərində Fəxri xiyabanın qarşısında toplaşdıqları, sonra Prezident Administasiyasında qəbulda olduqları, onlara məxsus torpaq və obyektlərin Gədəbəy rayonu İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov tərəfindən zəbt edilməsi qeyd olunub. Həmin yazıda sahibkar, Gədəbəy rayon sakini Vaqif Səfərov deyir ki, Gədəbəy rayonu İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov ona məxsus olan torpağı qeyri-qanuni formada zəbt edib.

Əslində isə həmin ərazidən Gədəbəy rayonu İcra Hakimiyyəti başçısının 1998-ci il 16 iyun tarixli, 143 nömrəli Sərəncamı ilə Vaqif Səfərova bazar tikmək məqsədi ilə 2564 kv.metr torpaq sahəsi ayrılıb. Amma Sərəncam verilərkən həmin ərazinin 35 kV-luq elektrik xəttinin bilavasitə altında olduğu, bazarda alqı-satqı zamanı vətəndaşların təhlükəsizliyinin təmin olunması, şəhərin mərkəzində avtomobillərin intensiv hərəkətinə maneçilik yaratdığı nəzərə alınıb. Ona görə də, Gədəbəy RİH Başçısının 29 aprel 2002-ci il tarixli 94 nömrəli Sərəncamı ilə torpaq ayrılması barəsində əvvəlki sərəncam ləğv edilib. Bu hadisə Ramiz Yediyarovun Gədəbəy rayonuna icra başçısı təyin olunmasından təxminən 9-10 il əvvəl baş verib. Şəhərdə yeni inşa edilmiş ticarət mərkəzi Vaqif Səfərova aid olan torpaq sahəsində tikilməyib, həmçinin onun mülkiyyətində olan torpağa toxunulmayıb".

Baş memarın sözlərinə görə, kinci şikayətçi olan digər sahibkar, Gədəbəy rayon sakini Oqtay Əliyevin şikayəti də böhtandan başqa bir şey deyil: "O, dükanının RİH başçısı tərəfindən qeyri-qanuni formada söküldüyünü və yerində fontan tikildiyini deyib. Amma Oqtay Əliyev 2011-ci ilin martın 16-da "Rabitəbank" ASC-dən 50 000 (əlli min) manat kredit götürərək həmin mağazanı girov qoyub. Bundan sonra o, kredit öhdəliyindən irəli gələn borcunu ödəyə bilmədiyi üçün, "Rabitəbank" ASC tərəfindən məhkəməyə verilib. Bu zaman həmin mağaza ekspert rəyi əsasında ilkin olaraq 50 000 (əlli min) manat məbləğində qiymətləndirilib.

Binəqədi rayon Məhkəməsinin 2(001)-824/2014 nömrəli, 15.04.2014-cü il tarixli qətnaməsinə və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3900/14 nömrəli 05.10.2014-cü il tarixli qətnaməsinə əsasən mağazanın boşaldılması və hərrac yolu ilə satılaraq məbləğin kredit borcuna tutulmasına qərar verilib. Buradan aydın olur ki, mağazanın boşaldılması və fəaliyyətinin dayandırılması Gədəbəy RİH tərəfindən deyil, məhkəmənin qərarına əsasən vətəndaşın özü tərəfindən və aidiyyəti üzrə icra qrupu tərəfindən həyata keçirilib.

Növbəti dəfə ona məxsus Gədəbəy şəhəri, Mehdi Quliyev küçəsi, 6 ünvanda yerləşən qeyri-yaşayış binasının mağazasının əvəzinə yeni inşa olunmuş "Ticarət mərkəzi"ndən qeyri-yaşayış sahəsi təklif edilib. Amma o, həmin sahəni almaqdan imtina edib.

Oqtay Əliyev 2015-ci ilin iyunun 20-də saat 12:25 radələrində Gədəbəy RİH Başçısı Aparatının inzibati binasına gələrək, ictimaiyyətə yaraşmayan ifadələr işlətməklə xırda xuliqanlıq hərəkətləri edib. Bu barədə akt tərtib edilib və tədbir görülməsi üçün aidiyyəti üzrə Gədəbəy rayon Polis Şöbəsinə göndərilib".

İcra hakimiyyətindən verilən məlumata görə, Fəxri xiyabanın önündə toplaşan 12 nəfər adamın 9-u Oqtay Əliyevin adamıdır: "Həmin şəxslərdən yalnız üçü sahibkarlıqla məşğul olur. Digər 9 nəfər isə fərdi əməklə məşğul olan insanlardır. Həmin adamları rayonun Plankənd kəndinin sabiq sakini Oqtay Əliyev aldadaraq və öyrədərək, Bakı şəhərinə məqsədli şəkildə aparıb. Həmin məsələnin təşkilatçısı da odur".

Xatırladaq ki, Oqtay Əliyevlə Gədəbəy rayon İcra Hakimiyyəti arasındakı ədavətin kökündə başqa amillər dayanır. Zaman-zaman mətbuatda bu barədə məlumatlar da dərc olunub. Belə ki, iş adamı Oqtay Əliyev icra başçısını ona məxsus obyektləri qanunsuz şəkildə sökməkdə ittiham edir. RİH isə söküntü işlərinin qanuni olduğunu iddia edir. Belə ki, icra hakimiyyətindən verilən məlumata görə, 2013-cü ilin iyunun 20-də Oqtay Əliyev Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəhbərliyi ilə "Meşə fondu sahələrindən elmi tədqiqat, mədəni sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi barədə" müqavilə imzalayıb. Amma Oqtay Əliyev tərəfindən bu müqavilənin şərtlərini kobud şəkildə pozub. Tərəflər arasında mövcud olmuş müqaviləyə əsasən istifadəçiyə götürülüb, 0,20 ha meşə fondu torpağında heç bir əsaslı tikinti aparmadan, ətraf mühitə zərər vurmadan. ancaq çadır tipli və sökülüb yığılan yüngül konstruksiyalı qurğulardan istifadəyə icazə verilib. Amma müqavilə şərtləri pozularaq ərazidə əsaslı tikinti işləri aparılıb.

Tərəflərin işi məhkəməyə kimi uzanıb və Gədəbəy rayon Məhkəməsi obyektləri sökülməsi ilə bağlı qətnamə çıxarıb. Oqtay Əliyev bu qətnamədən Gəncə Apellyasiya Məhkəməsində şikayət verib. Lakin şikayəti təmin edilməyib.

2015-ci il sentyabr 23-də isə Oqtay Əliyevin şikayəti əsasında Ali Məhkəmənin Mülki İşlər Kollegiyasında həmin məsələyə baxılıb və onun şikayəti təmin edilməyib.

Sevinc Yasinqızı
AzNews.az