Azərbaycandan siyasi sığınacaq istətmiş Ermənistanın “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyanın Trend-ə müsahibə verib. Azərbaycandan siyasi sığınacaq istətmiş Ermənistanın “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyanın Trend-ə müsahibə verib.

Susmağım üçün avtomobillə anamı vurdular - Vaan Martirosyan

Azərbaycandan siyasi sığınacaq istətmiş Ermənistanın “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyanın Trend-ə müsahibə verib.

AzNews.az həmin müsahibəni təqdim edir.

- Oktyabrın 7-də Ermənistanda ananız faciəvi insidentlə ilə üzləşdi. Necə düşünürsünüz bu, hakimiyyətin planlaşdırdığı qisas aktı idimi?

- Əlbəttə ki, mən belə düşünürəm. Ermənistandakı vəziyyətlə az və ya çox tanış olan istənilən insan belə düşünməlidir: nəzarərtdən çıxmış və Sarkisyan rejiminə qarşı gələn mənim kimi belə insanlarla mübarizə aparmaq üçün hakimiyyət, güc strukturları, Milli Təhlükəsizlik Xidməti bu cür metidlara əl atırlar.

Bunu özümə ismarıc və xəbərdarlıq kimi qiymətləndirirəm. Onlar insanlarla alçaq çaqqallar kimi davranrlar və bu onlara xas xüsusiyyətdir. Onlar gözəl bilirlər ki, sentyabrın 18-də keçirilmiş mətbuat konfransında və müsahibəmdə malik olduğum iformasiyanın prinsipcə 10 faizini dedim və bütün məsələlərə səthi toxundum.

Onlar həmişə belə hərəkət ediblər. Mənim başa düşməyim, bildiyim informasiyanı yaymamağım və susmağım üçün avtomobillə 70 yaşlı qadını vurdular, indi onun ağır sınığı var.

Mən 3-4 il ictimai fəaliyyətlə məşğul olmuşam, hərəkata liderlik etmişəm və onlar bunu gözəl bilirlər. Hətta məni gözəl tanıyan Prezident Aparatının rəhbəri Vigen Sarkisyanı, müxtəlif məsələlər və proseslərlə bağlı söhbət etdiyim Respublika Partiyasının bir neçə deputatını tanıyırıam.

Onlar hansı informasiyaya malik olduğumu yaxşı bilirlər. Və bu mənə ismarıcdır. İlk onların əsəbləri tab gətirmədi. Mən isə fasiləyə dözdüm. 10 gün ərzində heç bir addm atmadım və mən bilirdimki, orada nəsə baş verəcək. Lakin gözləmirdimki, onlar belə alçaqlığa əl atacaqlar.

Bunadək isə təqaüdə çıxma bəhanəsilə qayınanamı işdən qovdular. Hərçənd 52 yaş bizdə pensiya yaşı hesab edilmir,qanuna görə qadınlar üçün pensiya yaşı 63-dür. Bunula yanaşı, hərəkatımın üzvlərinə də təzyiq göstərilib.

Həmçinin, bu yaxınlarda öyrəndim ki, qayınanam SMS-lə Odessadakı ərini xəbərdar edib ki, oğlunu -həyat yoldaşımın qardaşını aparsın, çünki Ermənistanın xüsusi xidmət orqanları onu izləyirlər və mütləq onunla nə isə baş verəcək. Onun 28 yaşı var.

Onu da işlədiyi kilsədən qovdular. Yekunda ümid edirəmki. Bu, soununcu inisdentdir: küçədə anamı maşınla vurdular, üstəlik hüquq-mühafizə orqanlarının məlumatına görə, bu hadisə səhər saatlarında 08:50-da küçələrin kəsişməsində olub. Belə vaxtda anamın bu küçədə olması mümkün deyil. Üstəlik. Bu, evimizdən 200 metr aralıda, piyadanı vurmağın mümkünsüz olduğu dar küçədə olub. O heç vaxt yol qəzasına düşməyib. Bütün bunlar Ermənistan hakimiyyti və hüquq-mühafizə strukturlarının necə fəaliyyət göstərməsinin məntiqi davamıdır.

Mən hələ sentyabrən 18-də Bakıda keçirilmiş nmətbuat konfransında belə insidentlərin baş vermə ehtimalı barədə xəbərdarlıq etmişdim. Beynəlxalq Qırmızı XaçKomitəsini və BMT-ni xəbərdar etmişdim. Bu, hakimiyyətin həyasızlığıdır və onlar üçün beynəlxalq təşkilatların mövcudluğu əhəmiyyət kəsb etmir. Onlar üçün ən vacibi öz canlarını qurtarmaqdır və onlar yaşılı qadını avtomobillə alçaqcasına vurmağa hazırdırlar. Mən indi də onlardan hər şey gözləyirəm, onlar hər şeyə qadirdirlər.

- Belə addım atmağınızın səbəbi nədir? Niyə məhz Azərbaycana qaçmaq qərarına gəldiniz? Siz və ailəniz Azərbaycanda özünüzü necə hiss edirsiniz? Gələcək planlarınız nədir?

- Mən və ailə üzvlərim Azərbaycanda özümüzü gözəl hiss edirik. Gözəl insanlar, gözəl şəhər, bizə münasibət normaldır və hətta burada yeni dostlarım var.

Niyə Azərbaycana gəldim? Çünki mənə qarşı təqib başlandı, cinayət işi qaldırıldı və s. Bu, Serj Sarkisyana yaxın olanlardan biri, deputat Mqer Sedrakyanla kiçik münaqişəm yaranandan sonra baş verdi. Onunla barışığa getmədikdən sonra onlar həmişəki sxemə uyğu olaraq mənə qarşı saxta cinayət işi qaldırdılar, həbs cəhdləri oldu.

Əvvəlcə Gürcüstana getdim. Gözəl başa düşürdüm ki, sahib olduğum ictimai-siyasi fəaliyyət "baqaj" ilə Avropanın istənilən ölkəsinə gedə və oradan siyasi sığınacaq istəyə bilərəm. Lakin mən bunu məhz qaçış kimi qiymətləndirərdim, çünki heç bir Avropa ölkəsi cinayətkar Sarkisyan rejimi barədə bütün həqiqətləri dünyaya, erməni diasporuna və Avropaya çatdırmaqda maraqlı deyildi. Maksimum hər hansı qəzetdə bir və ya iki məqalə dərc edilərdi, vəssalam.

Bununla yanaşı, gözəl başa düşürdüm ki, heç kəs Azərbaycan mətbuatı kimi bu barədə bütün dünyaya belə səviyyədə təqdim etməkdə maraqlı deyil.

Ermənistan diasporu da müəyyən dərəcədə Sarkisyan rejimindən məyus olub.

Cinayət əməlləri barədə bütün həqiqətləri bildiyimdən Sarkisyan qruplaşmasını yalnız banda adlandıra bilərəm. Bandaya onun özü, qohumları, ona yaxın olan insanlar, eləcə də keçmişdə və hazırda da hakimiyyətdə təmsil olunan insanlar başçılıq edirlər.

- Fikrinizcə, Dağlıq Qarabağ münaqişəsi necə nizamlanmalıdır ki, yekunda bu torpaqlarda yaşayan insanlar qazanc əldə etsinlər? Zəif iqtisadi vəziyyətini nəzərə alsaq, Ermənistan onları layiqli həyatla təmin edə bilərmi?

- Münaqişə yalnız sülh yolu ilə həll edilməlidir, ATƏT və Minsk qrupu kimi beynəlxalq təşkilatlar düzgün, tamamilə başqasxem üzrə işləməlidirlər. Eks-prezident Robert Koçaryan və indiki Prezident Serj Sarkisyan bu illər ərzində həmin təşkilatların "gözünə kül üfürmək" üçün məharətlərini göstəriblər. Sadə dillə desək, artıq 27 ildir bu torpaqlar çiçəklənmir, xaraba vəziyyətində qalıb. Diaspor və Avropa ölkələrinin bu illər ərzində Dağlıq Qarabağın inkişafına ayırdığı onlarla, yüzlərlə, bəlkə də milyardlarla dollara baxmayaraq, oradakı xalq acdır. Bu pulların heç olmasa 70 faizi məqsədinə çatsaydı, orada indi kiçik Monte-Karlo olardı. Lakin bu pullar Koçaryan, indi isə Sarkisyanın əlaltılarının cibinə getdi.

27 il ərzində müəyyən tərəqqi olmalı idi, orada isə reqressiya gedir. Bu, sahəsi böyük torpaqlardır, lakin orada cəmi 40-45 min insan qalıb və onun 90 faizi qocalardır, çünki gənclər pul qazanmaq üçün çoxdan Rusiyaya, ya da Yerevana gedib.

Orada iş yoxdur, heç nə tikilmir, Koçaryan hakimiyyətinin ilk illərində turistlərə, müxtəlif fondların müfəttişləri və nəzarətçilərin göstərmək üçün Stepanakertin (Xankəndi) mərkəzi tikilmişdiki nəsə edilir. Hamının gözünün qarşısında "inkişaf" gedir. Şuşa ölü şəhərdir, orada əhali yoxdur. Orada hər şey Tarkovskinin filmindəki kimidir – epidemiyanın baş verdiyi ölü şəhərdir.

- Hazırda Ermənistana Qarabağa görə müharibə lazımdır? Ermənistan xalqı özgə torpaqlara görə müharibəyə hazırdırmı?

- Ermənistan xalqı nəinki müharibəyə hazır deyil, həm də bunu istəmir. Ermənistan ordusu çökür. Müdafiə nazirliyndə hökm sürmüş və hazırda hökm sürən böyük korrupsiya ona gətirib çıxardı ki, ordu, silahlı qüvvələr və Müdafiə Nazirliyi belə çöküşdədir, müdafiə naziri Seyran Ohanyanın heç nə həll etmədiyi böyük korrupsiya piramidası yaranıb. Bu, "Facebook" sosial şəbəksində profil kimidir. Budur o, (Seyran Ohanyan) – Müdafiə Nazirliyinin feyki, əsl sima isə Baş Qərargah rəisi Yuri Xaçaturovdur. O, Müdafiə Nazirliyini dağıtmaq üçün hər şey edir və sadəcə olaraq hər müqavilədən pul götürür. Əgər bu gün Ermənistanda referendum keçirilsə və insanlar həqiqəti deməyə qorxamasalar, o zaman ermənilərin 90 faizi, xüsusilə Yerevanda çoxdan belə düşünür ki, bu sözü demək istəmirəm - Qarabağdan xilas olmağın lehinə səs verəcək.(Daha vvəl V. Martirosyan bəyan etmişdi kiŞ, Qarabağın özündə referendum keçirilsə və səs verənlərə təzyiq göstərilməsə, onlar Azərbaycanın tərkibində qalmağın tərəfdarı olacaqlar). Çünki onların uşaqları bir neçəil ərzində orada ölüblər. Orada xeyli sayda qeyri-döyüş şəraitində ölü var, nizamnamədən kənar münasbitlər mövcuddur, əsgərlər arasında xeyli sayda intihar halları baş verir, zabitlərə və ya bir-birinə atəş açma halları qeydə alınır.

- Fikrinizcə, Ermənistanda iqtisadi vəziyyətingetdikcədaha da pisləşməsi nəilə bağlıdır?

- Ölkədə iqtisadi çöküş onunlaəlaqədardır ki, Sarkisyan əlaltılarınbın kiçik fırıldaqçı psixologiyası var. Onlar hər şeyi satır. Hətta onlar Yerevanin mərkəzində XİN-in binasını, Müdafiə Nazirliyinə məxsus Ermənistanın ən məşhur idman-komsert kompleksini satdılar. Bu, kiçik fırıldaqçı psixologiyasıdır. Görünməmiş oğurluqlar baş verir, xüsusilə qondarma "soyqırım"ın yüzilliyinə həsr edilmiş tədbirlərə milyard dollar xərclənməsi avantüradan sonra xəzinə boşdur. Yəni ki, de-fakto olaraq bu tədbirləri keçirmək üçün onlar yeni "soyqırım" törədiblər. Deyirlər ki,hətta Vatikanda da rüşvət olub. Nonsens ondadır ki, hər hansı sahədə peşəkar yoxdur, insanlar iş görüntüsü, fiksiya yaradırlar.

Orada bu tədbirlərin təşkili üzərində işləyən heç olmasa dərrakəli insan olsaydı porno ulduz Kim Kardaşyanı gətirməzdilər və onu "soyqırım"ın və bu tarixin siması etməzdilər. Bu, utanc idi. Onu gətirəndə, dövlət səviyyəsində Baş nazir qəbul edəndə küçələrdə elə ajiotaj var idi ki, elə düşündüm ki, Prezident Vladimir Putin gəlib.

Xəzinədən yüz milyonlar götürülüb artistlərə,hansısa konsertlərə vərüşvətlərə xərclənib. Bilirəmki, tanınmış moskvalı artistlərdən biri demişdi ki, "soyqırım" simvolunu bu ilin sonunadək pencəyin cibində saxlayacaq, çünki emənilər ona o qədər pul veriblər ki, 3-4 filmə görə ona bu qədər pul ödəmirlər. Və bu, orta səviyyəli ulduzdur. Orada Monserat Kobalye, Kim Kardaşyan və "System of a down" var idi. Düşkünlük ondadır ki, supermarketə gedərkən orada "soyqırım" simvolu olan corablar gördüm.