Millət vəkili Qənirə Paşayeva Tovuzun Ermənistanla ön cəbhədə yerləşən Ağdam kəndində seçicilərlə görüşüb. Millət vəkili Qənirə Paşayeva Tovuzun Ermənistanla ön cəbhədə yerləşən Ağdam kəndində seçicilərlə görüşüb.

Qənirə Paşayeva ön cəbhədəki seçiciləriylə görüşdü

Millət vəkili Qənirə Paşayeva Tovuzun Ermənistanla ön cəbhədə yerləşən Ağdam kəndində seçicilərlə görüşüb.



AzNews.az xəbər verir ki, ön cəbhə kəndlərinin qəhrəman kəndlər olduğunu söyləyən millət vəkili Qənirə Paşayeva kənd sakinlərinin müharibənin ən gərgin dövründə də, bu gün də düşmənin bütün təxribatlarına baxmayaraq heç bir zaman öz evlərini tərk etməməsini, bununla da düşmənə ən layiqli cavab verməsinin hər kəs tərəfindən yüksək qiymətləndirildiyini bildirərək millət vəkili olduğu 10 il ərzində ildə ən azı 10-12 dəfə Ağdam kəndini ziyarət etdiyini, seçicilərin qayğı və təkliflərini dinlədiyini və onların həlli istiqamətində Milli Məclisdə çıxışlar etdiyini və Hökumət üzvləri ilə müzakirələr apardığını deyərək fəaliyyətində hər zaman ön cəbhə kəndlərinin özəl yer tutduğunu vurğulayıb. "10-larla ölkənin səfirləri ilə birlikdə Ağdam kəndini ziyarət etdiyimiz zaman Ermənistanın təcavüzkarlıq siyasətini sizinlə birlikdə onlara geniş şəkildə çatdırmışıq. Ağdam kəndinin dəyərli sakinləri hər zaman dövlətimizin və dövlətçiliyimizin yanında olaraq düşmənə layiqli cavab veriblər və biz hər zaman sizinlə fəxr edirik," - millət vəkili Qənirə Paşayeva deyib. Millət vəkili Qənirə Paşayeva bildirib ki, bir neçə gün əvvəl komitələrdə gələn ilin büdcəsi ilə bağlı müzakirələr zamanı yenə də Ermənistanla ön cəbhə kəndlərinə bəzi güzəştlər edilməsini, 2016-cı il büdcəsində onların nəzərə alınmasını xahiş edib. Millət vəkili Qənirə Paşayeva Xüsusilə ön cəbhədə yerləşən kəndlərdən ali məktəblərə daxil olan gənclərin ödənişli təhsildən azad olunması, ön cəbhə kəndlərinə sərmayə qoyuluşunun artırılması və sosial yardımların təyin edilməsində müəyyən dəstəyin göstərilməsi ilə bağlı təkliflər irəli sürdüyünü diqqətə çatdırıb, eyni zamanda orta məktəb müəllimlərinin diaqnostik qiymətləndirilməsinin həyata keçiriləcəyi və bunun onların əmək haqlarının artımına təsiri ilə bağlı önəmli məsələ olduğunu və bu rayonların arasında ilkin mərhələdə Ermənistanla ön cəbhə rayonlarının da olmasını vacibliyi və əhəmiyyəti ilə bağlı fikirlərini səsləndirib və bu istiqamətdə təkliflər və xahişlərlə çıxış edib

Qənirə Paşayeva Ağdam sakinlərinin köhnə elektrik naqilləri və transformatorların dəyişilməsi ilə bağlı müraciətini "Azərişıq" ASC-nin sədri Balababa Rzayev ilə danışdığını və onun yaxın günlərdə bu məsələyə böyük önəm veriləcəyinə dair söz verdiyini deyib. O, eyni zamanda "Azəriqaz" İB-nin rəhbəri Əkbər Hacıyevlə kəndə təbii qazın verilməsində problemlərin yaranmaması üçün müzakirələr apardığını da deyib. Görüş zamanı su təhcizatı, məktəb və bağça ilə bağlı müəyyən problemlər ətrafında da müzakirələr aparılıb və millət vəkili onların həlli istiqamətində müvafiq qurumlara təkrar müraciətlər edib.