- Köhnə - Cəmiyyət
- 13 Oktyabr 2015 11:43
- 3 239
QMİ-də yeni komissiya yaradıldı
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Etika komissiyası yaradılır.
AzNews.az-ın APA-ya istinadən məlumatına görə, komissiyanın yaradılması bu gün QMİ-də keçirilən tədbirdə sədr Şeyxülislam Hacı Allahşükür Paşazadə tərəfindən elan olunub. O qeyd edib ki, komissiyanın yaradılmasında məqsəd yerlərdə məzhəb ayrı-seçkiliyinin qarşısının alınması, dini bayramlarda və dini mərasimlərdə arzu olunmayan hadisələrin qarşısının alınması və sair bu kimi məsələlərlə bağlıdır.
Komissiyanın tərkibi bu günlərdə elan olunacaq.
AzNews.az