“Avropanın çılpaq filmlərini və mədəniyyətinin nümayiş etdirilməsilə qəti razılaşa bilmirəm” “Avropanın çılpaq filmlərini və mədəniyyətinin nümayiş etdirilməsilə qəti razılaşa bilmirəm”

Qazılar Şurasının üzvü telekanalların fitvasın verdi

“Avropanın çılpaq filmlərini və mədəniyyətinin nümayiş etdirilməsilə qəti razılaşa bilmirəm”



Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fitva şöbəsinin müdiri, Qazılar Şurasının üzvü Hacı Mirəziz Seyidzadə Azərbaycan telekanallarına tövsiyələr verib. QMİ-nin şöbə müdiri M.Seyidzadə AzNews.az-a açıqlamasında bildirib ki, Azərbaycan teleməkanında əxlaqsız verilişlərin yayımlanması hallarına rast gəlinir və bu, çox pisdir.

Onun fikrincə, bu cür verilişlər artıq bizim məişətimizə də daxil olub: "Hər evdə televiziya ekranları gecə-gündüz açıqdır. Bu mənada telekanallarda milli əxlaq mövzusunda da gözəl söhbətlərin aparılması yaxşı olardı. Burada mütləq deyil ki, sırf din mövzusu olsun. Amma çox təəssüflər olsun ki, bu cür verilişlərin sayı azalmağa doğru gedir.

Mən telekanallarda Avropanın çılpaq filmlərini və mədəniyyətinin nümayiş etdirilməsilə qəti razılaşa bilmirəm. Çünki, ən böyük mədəniyyət İslam mədəniyyətidir, ən böyük əxlaq İslam əxlaqıdır. Bundan örnək götürmək yaxşı olar. Mən tövsiyə edirəm ki, Azərbaycan telekanallarında milli əxalqi verilişlər hazırlansın. Bu gələcək nəsillərin yaxşı yetişməsi üçün də vacib olar. Çox təəssüf ki, hələlik mən yaxşı nəsə görməmişəm, telekanallarda ancaq gecə-gündüz müğənnilərin həyatı və hərəkətləri göstərilir. İndi bizə öz milli dəyərlərimizi ortaya qoymaq lazımdır. Yəni, indi biz mədəniyyət sahəsində inkişaf etməliyik, çünki bu sahədə çox geriyik".

Vasif Həsənli
AzNews.az