- Köhnə - Cəmiyyət
- 29 Oktyabr 2012 12:59
- 8 588
Misir Mərdanov qadınlardan danışdı

“Bir-birinizin ayağının altını qazımayın”
"Xanımlar, bir-birinizə yaxşılıq edin. Bir-birinizin ayağının altını qazımayın". Bu çağırışı Təhsil naziri Misir Mərdanov bu gün keçirilən "YAP dünənin, bu günün və sabahın partiyasıdır" adlı konfransda səsləndirib.
Qadınların Yeni Azərbaycan Partiyasındakı rolundan danışan nazir zərif cinsin nümayəndələrini bir-birlərinə hörmətlə yanaşmağa çağırıb.
M.Mərdanovun çıxışı konfrans iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Vasif Həsənli
AzNews.az