- Köhnə - Cəmiyyət
- 23 Noyabr 2015 11:34
- 16 858
Bulvardakı “Şeytan çarxı” sökülür - Rəsmi açıqlama

Bakı bulvarında Dövlət Kukla Teatrının yaxınlığında yerlşən "Şeytan çarxı" kimi tanınan attraksionun söküntüsünə başlanılıb.
Bu barədə AzNews.az-a Dənizkənarı Bulvar İdarəsindən məlumat verilib.
Məlumata görə, həmin attraksion yararsız halda olduğu, bundan əlavə iqtisadi cəhətdən heç bir faydası olmadığı üçün Bulvar İdarəsi tərəfindən onun sökülməsi üçün müvafiq qərar verilib.
Bulvar İdarəsinin rəis müavini N.Məcidov qeyd edib ki, bəziləri bunu yeni bulvarın ərazisində salınmış attraksionla səhv salırlar: "Yeni bulvarda salınmış atraksion tam işlək vəziyyətdədir və heç bir nasazlığı yoxdur".