Astronomlar yeni qədəm qoyan bu ilin yanvarında səmada olacaq ən parlaq və maraqlı hadisələri açıqlayıblar. Astronomlar yeni qədəm qoyan bu ilin yanvarında səmada olacaq ən parlaq və maraqlı hadisələri açıqlayıblar.

2016-cı ilin ən maraqlı hadisələri - Açıqlandı

Astronomlar yeni qədəm qoyan bu ilin yanvarında səmada olacaq ən parlaq və maraqlı hadisələri açıqlayıblar.


AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, 2016-cı ildə bizi planetlərin paradı, ən güclü meteorit yağışı və tam gün tutulması gözləyir.

2016-cı ilin ilk ayında baş verməsi gözlənilən ən maraqlı hadisələri sıra ilə sizə təqdim edirik.

- 4 yanvar saat 23:00 dan yanvarın 5-i səhərə qədər Yer kürəsində "ulduz yağışı" keçəcək. Bu planetin şərq hissəsində daha yaxşı görünəcək. Bu zaman ürəyində arzu tutmağ olar.

- 9 yanvarda səhər 7-dən Moskvada yaşayan rusiyalılar Venera və Saturnun birləşməsinin şahidi ola biləcəklər. Planetlər bir parlaq nöqtəyə birləşəcək.


Katalina kometası

- 17 yanvarda Yer kürəsinin yanında unikal Katalina kometası uçacaq. Onu adi binoklun köməyi ilə görmək mümkün olacaq.
- 31 yanvarda planetlərin paradı olacaq. Merkuri, Venera, Saturn, Mars və Yupiter uzun müddət vahid səthdə olacaqlar.

- 9 martda Günəşin tam tutulması olacaq və 9 mayda Merkuri günəş diski üzrə keçəcək. Bütün bu hadisələr Rusiyanın bütün ərazisində görüləcək.