“Günəşli” yatağının 10-cu platformasında baş verən qəza zamanı itkin düşən neftçilərin axtarışları davam etdirilir. “Günəşli” yatağının 10-cu platformasında baş verən qəza zamanı itkin düşən neftçilərin axtarışları davam etdirilir.

Neftçilərin axtarışları davam etdirilir

“Günəşli” yatağının 10-cu platformasında baş verən qəza zamanı itkin düşən neftçilərin axtarışları davam etdirilir.



Bu barədə AzNews.az-a "Azneft" İstehsalat Birliyindən (İB) məlumat verilib. Qurumdan bildirilib ki, hazırda Dövlət Sərhəd Xidmətinin 3 gəmisi axtarışlar aparır: "Gəmilərdən ikisi uzaq məsafə üzrə, biri isə sahilboyu ərazilərdə axtarışları davam etdirir".

Birlikdən qeyd olunub ki, "Günəşli" yatağında davam edən yanğının söndürülməsi ilə 2 gəmi məşğuldur: "Fövqəladə Hallar Nazirliyinin 1 gəmisi isə gözləmə mövqeyindədir. Həmin gəmi digər 2 gəmini su ilə təmin edir".

Qurumdan o da bildirilib ki, ABŞ-dan gələn mütəxəssislər xüsusi qurğular quraşdırıblar. Hazırda bu yöndə işlər davam etdirilir.

Qeyd edək ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib, 9 nəfər həyatını itirib. 10 nəfərin isə isə cəsədi tapılıb.

Sevinc YASİNQIZI