Qəhvə, şokolad, süd, acı bibər... Qəhvə, şokolad, süd, acı bibər...

Həzmsizliyə səbəb olan qidalar

Qəhvə, şokolad, süd, acı bibər...

Həzm müddəti düzgün olduqda qidalar parçalanaraq molekullara bölünür və qan damarlarına keçir. Amma zaman keçdikcə bəzi səbəblərdən qidaların parçalanmasında çətinliklər olur. Buda həzm problemləri yaradır. Daha doğrusu bu vəziyyətdə orqanizmə faydalı olan qidaların çoxu həzm olunmur.

AzNews.az həzmsizliyə səbəb olan qidaları sizinlə bölüşür:

Qəhvə və şokolad

Qəhvənin tərkibindəki bəzi maddələr yemək borusunun alt hissəsini genişləndirir. Bu da bəzi şikayətlərə yol aça bilir. Gecə yatmazdan əvvəl belə qidaların qəbulu doğru deyil.

Süd və südlü şirniyyatlar

Südün tərkibindəki laktoza mədə şişliyinə səbəb olur. Bəzi insanlarda ishal kimi problemlərə də yol aça bilir. Belə insanlar daha çox pendir, ayran və qatıq kimi məhsullara üstünlük verməlidir. Digər südlü qidalardan uzaq olmalıdır.

Acı qırmızı bibər

Ətləri bacardıqca az ədviyyatlı hazırlamaq lazımdır. Həddindən artıq qırmızı bibər qəbulu mədə problemlərinə yol açır.

Qazlı içkilər

İsti günlərdə mədənin rahatlatmaq üçün qazlı içkilərdən istifadə edirlər. Lakin qazlı içkilər qaz yaradaraq mədəni rahatlatmır. Qazlı içkilərdən istifadə edərkən diqqətli olmaq lazımdır.

Nigar CƏFƏR

AzNews.az