Təbii yollarla problemi aradan qaldırmaq mümkündür Təbii yollarla problemi aradan qaldırmaq mümkündür

Göz şişkinliyini aradan qaldıran üsullar

Təbii yollarla problemi aradan qaldırmaq mümkündür

Bəzən səhərlər oyananda gözümüzün şişdiyini görürük. Bunun səbəbi bütün gün kompüter qarşısında işləmək, yorğunluq və ya gec yatmaq ola bilər. Bəs səhərlər hansımız günə yorğun görünən gözlərlə başlamaq istəyirik?

AzNews.az bu şişkinliyi aradan qaldırmaq üçün olan üsulları təqdim edir:

Çiy kartof

Kartofu dilimləyin. Göz qapaqlarınızın üstünə qoyub 10 dəqiqə gözləyəndən sonra mütləq su ilə təmizləyin.

Xiyar

Xiyar dilimlərini 25 dəqiqə ərzində gözlərinizdə saxlayıb şişkinliyi azalda bilərsiniz.

Buz

Buz dolu paketi dözə bildiyiniz qədər gözlərinizin həm üstündə, həm də altında saxlayaraq qısa müddətə şişi yox edə bilərsiniz.

Çay paketləri

İstifadə olunmuş çay paketlərini 15 dəqiqə göz qapaqlarınızın üstündə saxlayın.

Nigar CƏFƏR

AzNews.az