Satılacaq əşyalar arasında məşhur fizikin doktorluq dissertasiyası ilə əlil arabası da var... Satılacaq əşyalar arasında məşhur fizikin doktorluq dissertasiyası ilə əlil arabası da var...

Hokinqin qiymətli əşyaları satışa çıxarıldı: Doktorluq dissertasiyası, əlil arabası...

Satılacaq əşyalar arasında məşhur fizikin doktorluq dissertasiyası ilə əlil arabası da var...

Martda vəfat edən məşhur fizik Stiven Hokinqin bəzi əşyalarının internetdə satışa çıxarılacağı bildirilib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, martın 14-də vəfat edən fizikin özünə aid olan 22 əşyası internetdə satışa çıxarılıb. Satışa çıxarılan əşyalar arasında onun əlil arabası, bəzi mükafatları və doktorluq dissertasiyası var. Hərrac 31 oktyabr- 8 noyabr arasında intenetdə olacaq.

1965-ci ildə Kembric Universitetində hazırladığı doktorluq dissertasiyasının 130 min dollar ilə 195 min dollar arasında satılacağı təxmin edilir. Hokinq, dissertasiyanı yazmaq üçün Kembric Universitetinə qəbul olanda ALS xəstəliyə yaxalanmışdı. Hətta bir müddət dərin ümidsizliyə qapılaraq “Genişlənən Kainatın Xüsusiyyətləri ” başlıqlı dissertasiyasını dayandırmışdı.

ALS xəstəliyi Hokinqi tamamilə əsir almışdı. O, iflic olduğu üçün danışa bilmirdi. Buna görə də istifadə etdiyi yüksək texnoloji xüsusiyyətlərə sahib olan əlil arabasının da 13 min dollar ilə 19 min 500 dollar arasında satılacağı gözlənilir.

Satışdan əldə olunacaq gəlir Stiven Hokinq fonduna və Motor Neyron Xəstəlikləri Birliyinə bağışlanacaq.

Ünsiyyət və mizah anlayışının çox yaxşı olduğu deyilən Stiven Hokinq özünün də bir neçə dəfə olduğu animasiya filmi olan “The Simpsons”un senarisini saxlayıb. Satışa çıxarılan əşyalar arasında senarilər də var.

Hokinqin uşaqları atalarının elmi işlərinin xalqa təqdim edilməli olduğunu düşünür. İngiltərənin səlahiyyətli şəxsləri də belə düşünür.

Stiven Hokinq ALS xəstəliyinə qalib gəlib dövrünün ən hörmətli və uğurlu elm adamlarından idi. O, güclü və rəngli mizah anlayışı ilə elm elçisi idi və ömrü boyu xalqın rahatlıq əldə edə bilməsi üçün çalışdı.

Pərvanə AĞAZADƏ
AzNews.az