Arzum budur ki, o, yenə də mənə "ana" desin Arzum budur ki, o, yenə də mənə "ana" desin

Ana 12 il komada olan oğlunun yanında oturur - Oyanmağını gözləyir

Arzum budur ki, o, yenə də mənə "ana" desin

Ana 12 il komada olan oğlu - Van Şubaonun yanında oturaraq onun oyanmasını gözləyir.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, belə duyğulu hadisə Çində baş verib.

"The Mirror" nəşri yazır ki, 36 yaşlı Van 2006-cı il Şandun vilayətinin Şouqyan şəhərində qəzaya düşüb. Ciddi zədə aldığından o, komaya düşüb. Onun bütün müalicə xərclərini 63 yaşlı anası Vey Minin ödəyib. O, vəfat edən ərindən miras qalan pulları həkimə verib və 12 il gecə-gündüz onun çarpayısının yanında keşik çəkib. Pulu qurtardıqdan sonra isə ana 120 min yuan borc götürüb.

"Maliyyə vəsaitim olmayanda günlərlə çörək yemirdim, ağzım və dodaqlarım quruyurdu. Yalnız su içirdim". Ana belə deyib.

75 yaşlı ana yenə də hər gün səhər saat 5-də yuxudan oyanır, oğlunun əl-üzünü yuyur, yemək verir, hətta massaj etməyi də unutmur.

Mənbə yazır ki, bu yaxınlarda Van gözünü açıb və anasına baxaraq gülümsəyib. Qadın sevincindən göyün yeddinci qatına qalxıb. Ancaq ana anlayır ki, o, nə danışa, nə də tərpənə bilir.

"Ümid edirəm ki, oğlum nə vaxtsa tam sağalacaq. Arzum budur ki, o, yenə də mənə "ana" desin". Vey bu sözləri jurnalistlərə bildirib.

Babək Göyüş

AzNews.az