Eyni xəstəlikdən əziyyət çəkən şəxslər eyni rəngləri seçir Eyni xəstəlikdən əziyyət çəkən şəxslər eyni rəngləri seçir

Sevdiyiniz rəng həm də xəstəliyinizin göstəricisidir

Eyni xəstəlikdən əziyyət çəkən şəxslər eyni rəngləri seçir

Gündəlik həyatda geyindiyimiz geyimlərin, istifadə etdiyimiz aksesuarların və ümumilikdə yaşam tərzimizdə əsasən seçdiyimzi rənglər şəxsiyyətimizin bir parçasıdır. Aparılan araşdırmalar psixoloji problemləri olan şəxslərin davamlı olaraq eyni rəngi seçmələri öyrənilib. Həmçinin eyni xəstəlikdən əziyyət çəkən şəxslər də hər zaman eyni rəngləri seçir.

AzNews.az psixoloji xəstəliklərə görə ən çox seçilən rəngləri toplayıb.

Qara rəng

Bu rəngi daha çox “Anksiyete” xəstəliyindən əziyyət çəkən insanlar seçir. Aparılan araşdırmalar zamanı insanlar özlərini aid olduqları rənglərin içindı xoşbəxt hiss edirlər. Ciddi psixoloji xəstəlik olan “anksiyete” xəstəliyindən əziyyət çəkən insanlar özlərini bədbin və bəxbəxt hiss etdikləri üçün qara rəngə üstünlük verirlər.

Boz

Əgər depresiyadasınızsa qarderobunuzun boz rəngdə olmağı çox normaldır. Mənfi auralı insanların depresiyaya daha tez düşməsi hər birimizə məlumdur. Bu şəxslər çox tez bir zamanda istəməsələr də boz rəngə yönəlirlər.

Sarı

Aparılan araşdırmalar nəticəsində tələskən və səbrsiz insanların daha çox sarı rəngi seçdiyi məlum olub. Bu şəxslər sarı ilə birgə bənövşəyi rəngi eləcə də qara rəngi istifadə etməyi sevirlər. Araşdırmalar göstərir ki, intihar edən şəxslərin bir çoxu uzun müddət bənövşəyi rəngi izlədikləri məlum olub.

Nigar CƏFƏR

AzNews.az