12 günlük körpəni anasının qucağından alaraq qaçdı və... 12 günlük körpəni anasının qucağından alaraq qaçdı və...

Meymun körpəni oğurlayıb öldürdü

12 günlük körpəni anasının qucağından alaraq qaçdı və...

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hindistanın Uttar Pradeş əyalətində meymun bir evə girib və anasını əmizdirdiyi 12 günlük uşağı götürərək qaçıb. Qonşular meymunun arxasınca daş atsalar da, onun körpəyə hücum etməyinin qarşısını ala bilməyiblər.

Meymunun hadisədən 15 dəqiqə əvvəl 14 yaşlı qıza da hücum etdiyi məlum olub.

Aprel ayında da oxşar hadisə baş verib. Orissa əyalətində bir meymun evə girərək körpəni qaçırıb. Bir gün sonra isə həmin uşağın ölüsünü evin arxasındakı quyuda tapıblar.

Qeyd edək ki, Hindistanın paytaxtı Yeni Dehlidə tez-tez əhali meymun hücumlarına məruz qalır. Rəsmi məlumata görə, təkcə 2016-cı ildə 268 meymun hücumu qeydə alınıb.

Pərvanə AĞAZADƏ
AzNews.az