Azərbaycanlı yeniyetmənin ixtirası BMT-nin diqqət mərkəzindədir

Bu da ekologiya və ətraf mühitə böyük fayda verəcək.

Yol kənarlarında quraşdırılan elektrik dirəkləri tezliklə havanı təmizləmək funksiyasını yerinə yetirəcək. Belə ki, akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Arif Qəhrəmanlının yeni ekoloji ixtirası bu fikri söyləməyə əsas verir.

On beş yaşlı yeniyetmə yol kənarlarındakı işıq dirəklərinin içərisinə yerləşdiriləcək xüsusi filtrasiya sistemi vasitəsilə atmosferi zərərli maddələr, zəhərli qazlar və toz hissəciklərindən təmizləməyin mümkün olduğunu deyib. Bu da ekologiya və ətraf mühitə böyük fayda verəcək.

Gənc ixtiraçının bu kəşfi BMT-nin də diqqət mərkəzindədir. Hazırda A.Qəhrəmanlı hava təmizləyən dirək üzərində son təkmilləşdirmə işlərini aparır.

Tezliklə ixtirasına patent alacaq gənc qəhrəman elmi axtarışlarını davam etdirməyi düşünür.(AZƏRTAC)

AzNews.az