Əlacsız qalıb polisə zəng etdilər Əlacsız qalıb polisə zəng etdilər

Marixuana yeyən qoyunlar kəndi bir-birinə qatdı - Kuryoz olay

Əlacsız qalıb polisə zəng etdilər

İngiltərədə qəribə olay baş verib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, İngiltərənin Raydipendi kəndində, qoyunlar kəndlilər arasında narahatlıq yaradıb. Ərazidəki səlahiyyətli şəxs İ.Riçard, marixuana yeyən bir sürü qoyunun kəndə böyük zərər verdiyini deyib.

Riçard “Qoyunlar küçələrdə o yan-bu yana qaçır, bağlara girirdilər. Hətta biri evə girib və oranı bərbad hala salıb”, - deyə bildirib.

Qoyunların əvvəllər burada yerləşən qanunsuz fabrikə aid marixuana qalıqlarını yeyə biləcəkləri bildirilir. Riçard, hadisənin yenidən təkrarlanmamağı üçün polisə müraciət edərək ərazidəki qalıqları yığışdırmaqlarını istəyib.

Pərvanə AĞAZADƏ
AzNews.az