Ulduzun dünyaya 184 işıq ili məsafədə olduğu bildirilir. Ulduzun dünyaya 184 işıq ili məsafədə olduğu bildirilir.

Günəşin "əkiz qardaşı" kəşf edildi

Ulduzun dünyaya 184 işıq ili məsafədə olduğu bildirilir.

Astroloqlar Günəşə çox bənzəyən bir ulduz kəşf ediblər.

Portuqaliyadakı Astrofizika və Kosmos Elmləri İnstitutundan beynəlxalq bir qrupun "Günəşin ailəsini" tapmaq üçün apardığı tədqiqqatda Avropa Kosmos Agentliyinin kosmos əlaqələndiricisi Gaia vasitəsilə Süd Yolundakı təxminən 17 min ulduzun kimyəvi quruluşu, hərəkətləri və yaşları araşdırılıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, əldə edilən faktlarla astroloqlar spektroqrafdan istifadə etdikləri araşdırmada 4.5 milyard yaşı olduğu güman edilən Günəşə "əkiz qardaşı qədər" bənzəyən HD186302 adlı bir ulduz kəşf edib. Ulduzun dünyaya 184 işıq ili məsafədə olduğu hesablanıb.

Tədqiqatın Günəş və digər ulduzların formalaşması ilə bağlı məlumatlar baxımından əhəmiyyətli olduğu bildirilib.

Araşdırmanın detalları barədə "Astronomy and Astrophysics" jurnalında dərc olunub.

AzNews.az