Həmin anlar canlı yayımlanıb. Həmin anlar canlı yayımlanıb.

Dünya nəfəsini sinəsində saxladı, Rusiya uçurtdu - Uzun illərdən sonra bir ilk - VİDEO

Həmin anlar canlı yayımlanıb.

Qazaxıstanın Baykonur kosmodromundan “Soyuz MS-11” kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyasına (BKS) atılıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, gəminin atılma anı Rusiya Federal Kosmik Agentliyinin (ROSCOSMOS) internet saytından canlı yayımla verilib.

Rus kosmonavt Oleq Kononenko, Kanada Kosmik Agentliyinin (CSA) astronavtı David Sent-Caks və ABŞ Aviasiya və Kosmik Agentliyinin (NASA) astronavtı Ansa Makklainini daşıyan “Soyuz MS-11” kosmik gəmisi yerli vaxtla saat 18.31-də Baykonur Kosmos Bazasından atılıb.

Elmi tədqiqatlar aparacaq qrupun 6 saat sonra BKS-ya çatacağı gözlənilir.

Oktyabr ayında rusiyalı kosmonavt Aleksey Oviçinin ilə NASA astronavtı Nik Haqini BKS-ya aparacaq “Soyuz MS-10” raketdə uçuşdan bir müddət sonra nasazlıq meydana gəlmiş və qrup təcili eniş etmişdi.

BKS-sə hazırda Avropa Kosmik Agentliyindən Aleksandr Gerst, NASA-dan Serena Aunon-Şansellor "Roscosmos"danSergey Prokopyev var.

NASA, Roscosmos, Avropa Kosmik Agentli ,CSA və Yapon Kosmos Araşdırma Agentliyinin birgə çalışdığı Beynəlxalq Kosmik Stansiyasında kosmik tədqiqatları və əsas elmi təcrübələr aparılır.

AzNews.az