Avtomobili balkondan sahibinin qohumları endirib. Avtomobili balkondan sahibinin qohumları endirib.

Bu Jiquli 27 ildir ki, balkonda saxlanılırdı - yerə endirdilər

Avtomobili balkondan sahibinin qohumları endirib.

Gürcüstanın paytaxtı Tbilisi şəhəri özünün "görməli" mənzərəsindən məhrum olub. Belə ki, 27 ildir ki, binanın 4-cü mərtəbəsində balkonda saxlanılan VAZ-2106 modelindən olan Jiquli avtomobili yerə endirilib.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, göy rəngli avtomobil Rezo Enukidzeyə məxsus olub. O, bu avtomobili 1991-ci ildə alıb və öz həyətinə gətirib. Elə həmin gecə avtomobilin təkərləri oğurlanıb. Rezo isə bundan heç təəssüflənməyib. Kran vasitəsilə onu 4-cü mərtəbədə yerləşən balkonuna qaldırıb.

İlk yarım öncə Rezo dünyasını dəyişib. Avtomobili isə balkondan onun qohumları endirib.

Yerli sakinlərdən biri Nodar Tvauri deyib ki, balkonda dayanan bu avtomobil haqda bir çox jurnalistlər, fotoqraflar reportaj hazırlayıb. Hətta CNN, BBC, Euronews və digər kanallarda bu haqda xəbərlər yayılıb.

Mənbə bildirir ki, bütün bu illər ərzində Rezo öz avtomobilini təmizləyirmiş. Ancaq oğurlanan təkərlərin yerinə yenisini alıb taxmayıb.

Babək Göyüş

© AzNews.az