Video paylaşdı, həbs olundu

Türkiyəli müəllim dini dəyərləri təhqir etməkdə təqsirləndirilib.

Türkiyədə bir müəllim paylaşdığı videodan sonra həbs olunub.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Muratlı bölgəsində bir məktəbdə idman müəllimi işləyən C.D.K-nın çəkdiyi video sosial mediada yayılıb.

Videoda müəllim Allahı təhqir edib. Şikayətlərdən sonra müəllim saxlanılıb.

O, dini dəyərləri təhqir etməkdə təqsirləndirilib.

Türk Cəza Qanunun 216-cı maddəsinə görə, ona 6 aydan 1 ilə qədər həbs cəzası verilə bilər.

Pərvanə Ağazadə

AzNews.az