Magna Carta mövcud olan ən qədim konstitusiyadır. Magna Carta mövcud olan ən qədim konstitusiyadır.

Dünyanın ən qədim konstitusiyaları hansılardır? - Ölkələrin adları

Magna Carta mövcud olan ən qədim konstitusiyadır.

“Comparative Constitutions Project” şirkəti dünyanın ən qədim konstitusiyalarının müqayisəsini apararaq bir siyahı hazırlayıb.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, siyahıda dünyanın ən qədim demokratiyalarına sahib olan ölkələrin çoxu yer alıb. Krallıq ilə xalq arasında təmas quran Magna Carta ən qədim konstitusiya kimi liderliyə yüksəlib.

2014-cu ildə öz konstitusiyasına qovuşan Tunis siyahıda sonuncu yerdə qərarlaşıb.

Dünyanın ən qədim konstitusiyasına sahib olan 10 ölkə bunlardır:

1. Birləşmiş Krallıq – 1215-ci il

2. ABŞ – 1789

3. Norveç – 1814

4. Hollandiya – 1815

5. Belçika – 1831

6. Yeni Zellandiya – 1852

7. Kanada – 1867

8. Lüksemburq – 1868

9. Tonqa – 1875

10. Avstraliya – 1901

Elgün
AzNews.az