Bu texnologiya o qədər dəqiqdir ki... Bu texnologiya o qədər dəqiqdir ki...

“Facebook” istifadəçilərin yerlərini təyin edə biləcək

Bu texnologiya o qədər dəqiqdir ki...

Şirkət, istifadəçilərin gedəcəkləri istiqamətləri öncədən təyin etməyi bacaran 3 texnologiya üzrə patentə sahibdir.

“Facebook “ şirkəti bildirib ki, bu cür texnologiyaların patentlərinin olması, o demək deyil ki, şirkət onları yaxın gələcəkdə tətbiq edəcək.

Qeyd etmək lazımdır ki, “Facebook”un mobil tətbiqi istifadəçilərin yerləşdikləri yerlər üzrə məlumatları onsuzda yığır. Bunun sayəsində şirkət istifadəçilərə daha effektiv reklamları təqdim edə bilir. Bundan əlavə olaraq bu texnologiya vasitəsilə sosial şəbəkənin “Nearby Friends” funksiyası çalışır və həmçinin bunun sayəsində istifadəçilər öz paylaşımlarına yerləşdikləri yerlər barədə məlumatları əlavə edə bilirlər. Lakin görünür, şirkət bununla yetinən deyil.

AzNews.az xəbər verir ki, istifadəçilərin gələcək hərəkət istiqamətlərini öncədən təyin etməyi bacaran alqoritmlər barəsində məlumatlar ortaya çıxıb. Bu məlumatları “BuzzFeed” saytı verib. Həmin texnologiyalardan biri də “Ofline trayektoriyalar” adlanır. Sözügedən texnologiyanın patentində əks olunmuş məlumata əsasən bu texnologiya istifadəçinin loqları və həmin istifadəçini əhatə edən digər istifadəçilərdən olan məlumatlar sayəsində istifadəçinin internetə qoşulu olmayan zonaya nə zaman daxil olacağını öncədən təyin edə bilir. Bu halda Facebook maraqlı kontentlərin məhz "ofline" rejimdə baxılması üçün həmin kontentlərin yaddaşda saxlanmasını təklif edə bilər.

Şirkətin digər bir patentində isə aktivləşdirilmiş Bluetooth və NFC istifadəsi sayəsində Wi-Fi qoşulma nöqtələri vasitəsilə istifadəçinin yerləşdiyi yeri təyin etmək texnologiyası əks olunub. Bu texnologiya sayəsində istifadəçinin hansısa restoranda və ya idman zalında olmasını, istifadəçinin yerləşdiyi məkanın çalışma zamanlarını, və istifadəçinin həmin məkana ilk dəfə olaraq nə zaman gəldiyini təyin etmək olar.

Əldə olunmuş bu məlumatlar əsasında süni zəka alqoritmləri istifadəçinin vərdişlərini və onun davranışlarını təyin edə bilərlər. İstifadəçinin yerləşdiyi yerin təyin olunması üçün nəzərdə tutulmuş bu texnologiya o qədər dəqiqdir ki, o hətta GPS texnologiiyasını əvəz edə bilər. Şirkətin üçüncü patenti isə istifadəçinin yerini təyin edərək ona maraqlı ola biləcək məkanları təklif etməyi bacaran texnologiyadan bəhs edir. Sənəddə qeyd olunub ki, sözügedən alqoritm əsasən reklamlar üçün nəzərdə tutulub. (technote.az)

Səidə Nurməmmədli
AzNews.az