Mukeş Ambani qızı İşanın toyuna 139 milyon dollar xərcləyib. Mukeş Ambani qızı İşanın toyuna 139 milyon dollar xərcləyib.

Asiyanın ən varlı insanının qızının toyunda Beyons oxudu - Hillari Klinton da toya gəldi

Mukeş Ambani qızı İşanın toyuna 139 milyon dollar xərcləyib.

Hindistanın neft və kommunikasiya maqnatı, Forbesin versiyasına görə 63 milyard dollar varidatı olan Mukeş Ambani qızı İşanın toyuna 139 milyon dollar xərcləyib.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı Bloomberg nəşri yayıb.

Mənbə bildirir ki, 27 yaşlı İşa öz könlünü Hindistanın başqa bir milyarderi, Piramal Group-un sahibinin Ananda Piramal adlı oğluna verib.

Toy sahibinin qohumları isə xərcin 15 milyon dollar olduğunu açıqlayıblar.

Udaypur şəhərində keçirilən toyda siyasilər, iş adamları və tanınmış şəxslər iştirak edib.

Bildirilir ki, toy ərəfəsində yerli aeroporta çarter reysi ilə 100-dən çox təyyarə enib.

ABŞ-ın məşhur müğənnisi Beyons da toya gəlib və qonaqları şənləndirib. O, bu çıxışı haqda informasiyaları özünün İnstagram səhifəsində paylaşıb.

Toya ABŞ-ın tanınmış siyasətsisi Hillari Klintonun, hindistanlı milyarder Lakşmi Mittalın, "21st Century Fox"un icraçı direktoru Ceyms Merdokun və onun kiçik oğlu media maqnat Rupert Merdokun və Səudiyyə Ərəbistanının energetika naziri Xalid Al-Falixin də gəldiyi deyilır.

Cütlüyün nikah mərasimi bu gün, dekabrın 12-də qızın atasının rezidensiyasında, Mumbay şəhərində keçiriləcək.

Babək Göyüş

© AzNews.az

image description image description image description image description image description