ABŞ-ın birinci xanımı Melaniya Tramp bəzən ərinə faydalı məsləhətlər verdiyini açıqlayıb. ABŞ-ın birinci xanımı Melaniya Tramp bəzən ərinə faydalı məsləhətlər verdiyini açıqlayıb.

Melaniya Tramp əri haqqında danışdı

ABŞ-ın birinci xanımı Melaniya Tramp bəzən ərinə faydalı məsləhətlər verdiyini açıqlayıb.

Bu haqda FOX məlumat yayıb.

“Mən nəyin nə yerdə olduğunu yaxşı bilirəm. Hər şeyi izləyirəm. Ərimə səmimi tövsiyələr verirəm, öz fikrimi ifadə edirəm. Bəzən mənə qulaq asır, bəzən də yox”, - deyə Melaniya FOX telekanalına verdiyi müsahibədə söyləyib.

Xanım Trampın sözlərinə görə, tövsiyələrinə rəğmən, “son sözü” əri deyir.

“Sonda o özü qərar qəbul edir, uşaq deyil, seçimlərinin nə ilə nəticələnəcəyini bilir. Ancaq o döyüşçüdür. Hər gün ABŞ və amerikan xalqı naminə mübarizə aparır”, - deyə amerikalı birinci xanım vurğulayıb.

Melaniya həyat yoldaşının növbəti prezident seçkilərində qalib gələcəyinə əminliyini ifadə edib. Birinci xanım prezident ailəsi haqqında şayiələr yayan jurnalist, komik və fürsətçiləri məzəmmət edib.(oxu.az)

© AzNews.az