18 yaşında çatmayan iki oğlan uşağını pul qarşılığında öpüşdürüb... 18 yaşında çatmayan iki oğlan uşağını pul qarşılığında öpüşdürüb...

Qalmaqallı "yutuber" üçün ağır cəza

18 yaşında çatmayan iki oğlan uşağını pul qarşılığında öpüşdürüb...

Sosial mediada çəkdiyi videolarla tamaşaçıların sərt reaksiyası ilə üzləşən Gaga Buluta 6 aydan 15 ilə qədər həbs cəzası istənildi.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əsl adı Bulut Altuğ olan sosial mediada isə Gaga Bulut adı ilə tanınan şəxs son videosundan sonra polisə şikayət edilib. O, son videosunda 18 yaşında çatmayan iki oğlan uşağını pul qarşılığında öpüşdürüb. Video az müddətdə sosial şəbəkə istifadəçilərinin və həmin uşaqların ailələrinin etirazına səbəb olub. Uşaqların ailələri bu hərəkəti onlara Gaga Bulutun məcbur etdiyi deyir.

Ailənin vəkilləri Gaga Bulut üçün 6 aydan 15 ilə qədər həbs, operator üçün isə 5 aydan 8 ilə qədər həbs cəzası tələb edib.

Nigar CƏFƏR
AzNews.az