Anası Meqan övladının məktəb yoldaşları tərəfindən hər gün söyüş yağmuruna tutulduğunu bildirib. Anası Meqan övladının məktəb yoldaşları tərəfindən hər gün söyüş yağmuruna tutulduğunu bildirib.

11 yaşlı Tramp soyadını dəyişdirmək istəyir - Uşaqlar ona “axmaq” deyir

Anası Meqan övladının məktəb yoldaşları tərəfindən hər gün söyüş yağmuruna tutulduğunu bildirib.

ABŞ prezidenti Donald Trampla eyni soyadı daşıyan 11 yaşlı Coşua Tramp öz nəsil adından imtina etmək istəyir.

Meqan Tramp Berto və Bobbi Berto uşaqları Coşua Trampın məktəbdə soyadına görə zorakılığa məruz qaldığını və buna görə psixologiyasının pozulduğunu bildiriblər.

Qeyd olunur ki, Bobbi Berto Coşuanın ögey atasıdır. Anası Meqan isə övladının məktəb yoldaşları tərəfindən hər gün söyüş yağmuruna tutulduğunu və məsxərəyə qoyulduğunu bildirib.

Bu səbəbdən Coşuanı məktəbə aparan avtobus belə dəyişdirilib. Lakin bu da kömək etməyib. Belə ki, uşaqların adlarını bir-bir yoxlayan avtobus şoferi Coşuanın soyadını çağıranda uşaqlar ona “səfeh”, “axmaq” kimi müraciət etməyə başlayıblar.

Bu səbəbdən Coşua Tramp məcburən ögey atasının Berto soyadını götürməyə məcbur qalıb. (Musavat.com)