Adətən, yaz və payız aylarında ortaya çıxan bu qripə bənzər xəstəlik, son zamanlarda ən çox yayılan xəstəliklərdəndir. Adətən, yaz və payız aylarında ortaya çıxan bu qripə bənzər xəstəlik, son zamanlarda ən çox yayılan xəstəliklərdəndir.

“Gərgədan” virusu nədir və ondan necə qorunmaq olar?

Adətən, yaz və payız aylarında ortaya çıxan bu qripə bənzər xəstəlik, son zamanlarda ən çox yayılan xəstəliklərdəndir.

Yuxarı tənəffüs orqanlarının iltihabına səbəb olan bu virus haqda nə bilirik?

Bu suala cavab vermək üçün kiçik bir araşdırma apardıq.

Havalar soyuduqca mövsümi qrip virusunun ( influenza) səbəb olduğu infeksion xəstəliklərdən öncə insanlar “gərgədan” virusuna yoluxurlar.

Bu virus yuxarı tənəffüs orqanlarının iltihabına səbəb olur. Göstəricilərinə görə qripə oxşayan virus, əslində qripdən dəfələrlə təhlükəlidir.

'12-72 saat kuluçka süresi var'

Xəstəliyə yoluxanların öskürmə və asqırma zamanı ətrafa saçdıqları viruslar başqa bir insanın tənəffüs orqanına daxil olur və tez bir zamanda orada yayılmağa başlayır.

Bədənə daxil olmasından 12 saat keçdikdən sonra virus artıq yuxarı tənəffüs orqanlarında iltihab yaratmağa başlayır. 72 saatın tamamında isə kəskin sinə sıxılması ilə müşayiət olunan ağrılar başlayır. Bu isə “gərgədan” virusuna yoluxmanın göstəricisidir.

Prof. Dr. Meral Sönmezoğlu, belirtileri şöyle sıraladı:

Ümumi olaraq isə xəstəliyin göstəriciləri bunlardır:

Burunun quruması və qıcıqlanması... Ən çox rast gəlinən və insanı narahat edən göstərici isə, boğaz ağrısı və boğazda yaranan qıcıqlanmalardır.

Bundan başqa, burunun axması, burunda dolğunluq, 2-3 gün ərzində artan tutqunluq və asqırma, başağrısı, üzdə və qulaqlarda yanmalar, boğuq səs və quru öskürək...

'Gergedan virüsü, başka hastalıklara da zemin hazırlayabiliyor.'

Gərgədan” virusu başqa xəstəliklərə də zəmin yaradır

Virusun səbəb olduğu yuxarı tənəffüs oqranlarının iltihabı nəticəsində bədəndə immunitet zəifləyir. Nəticədə başqa xəstəliklərin də əmələ gəlməsinə şərait yaranır.

Bu virus olduqca ağır fəsadlara yol açan sinüzitə (qaymarit) də səbəb ola bilər. Habelə, orta qulaq iltihabı, xroniki bronxitə səbəb olan “gərgədan” virusuna statistikaya görə, ən çox məktəb yaşında olan uşaqlar yoluxurlar.

Gergedan virüsünden korunmak için yapılması gerekenler hakkında da bilgi veren Prof. Dr. Sönmezolu, bunları şöyle sıraladı:

Virusdan necə qorunmalı?

Bu virusdan qorunmaq üçün ilk olaraq xəstələrlə təmasdan uzaq durmaq lazımdır. Qripə oxşayan bir xəstəlik keçirdiyiniz zaman mütləq evdə istirahət edin.

Xəstəykən virusu digər insanlara yoluxdurmamaq üçün mümkün olduğu qədər az insanla təmasda olun.

Asqırma və öskürmə zamanı burnunuzu və ağzınızı kağız dəsmalla bağlayın və bu dəsmalı mütləq zibil qutusuna atın.

Ən əsası isə, əllərinizi mümkün olduğu qədər çox yuyun. Ağzınıza, burnunuza və gözlərinizə kirli əllərlə toxunmağın.(musavat.com)

AzNews.az