Kanadanın "49-dan 6-ı" milli lotereyasında 16 milyon Kanada dolları (12 milyon ABŞ dolları) qazanılıb. Kanadanın "49-dan 6-ı" milli lotereyasında 16 milyon Kanada dolları (12 milyon ABŞ dolları) qazanılıb.

Lotereyada 12 milyon dollar uddular

Kanadanın "49-dan 6-ı" milli lotereyasında 16 milyon Kanada dolları (12 milyon ABŞ dolları) qazanılıb.

Bu haqda oyunu keçirən OLG şirkətinin nümayəndələri bildiriblər.

Qeyd edilir ki, uduşa düşən nömrələr - 11, 12, 22, 36, 46 və 47 olub. Bonus sayı 7 olub.

Hal-hazırda iki qalibin olduğu məlumdur. Onlar əsas mükafatı öz aralarında böləcəklər. Bu uduşlu biletlərdən biri Ontario əyalətlərində, ikinci bilet isə ölkənin mərkəzi regionlarından birində satılıb.

Lotereyada həmçinin 1 milyon Kanada dolları (750 min ABŞ dolları) məbləğində də "təsəlliverici mükafat" oynanılıb. Onu Ontarionun əyalətinin sakini udub.

Milli lotereyaların qaydalarına əsasən, mükafatın alınması üçün uduşlu qəbzi təşkilatçılara təqdim etmək lazımdır. Qalibin adı ictimaiyyətdən gizli saxlanılır.

Ötən ay Kanadada yerli sakin lotereyada milli valyuta ilə 9,6 milyon dollar (7,3 milyon ABŞ dolları) udub.(report.az)

© AzNews.az