Kit pul səpələməyə lüks avtomobili və Robin Qudu xatırladan bir geyimlə gəlib. Kit pul səpələməyə lüks avtomobili və Robin Qudu xatırladan bir geyimlə gəlib.

Binanın damından dollar səpələdi - polis isə…

Kit pul səpələməyə lüks avtomobili və Robin Qudu xatırladan bir geyimlə gəlib.

Çində yaşayan 24 yaşlı Vonq Çinq Kit minlərlə dolları bir binanın damından yerə səpələyib.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, Kripto milyoneri olaraq tanınan bu adam Honq Konqda bir binanın çardağından minlərlə Honq Konq dollarını yerə buraxıb. Yoldan keçənlər isə heyrətlə göydən yağan pulları yığmağa çalışıblar.

Çin mediası hadisə yerinə gələn polisin ərazidən 5 min Honq Konq dolları tapdığını və Vonq Çinq Kitin isə nəzarətə götürüldüyünü yazıb.

Özünü “zəngindən alaraq kasıba verən” bir xarakter olaraq təqdim edən Kitin pul səpələməyə lüks avtomobili və Robin Qudu xatırladan bir geyimlə gəldiyi qeyd edilir.

Elgün
AzNews.az