Bir kişinin qadının cavabı ilə bağlı şübhələri varsa, deməli nəsə var Bir kişinin qadının cavabı ilə bağlı şübhələri varsa, deməli nəsə var

Kişilər bu suallara cavab axtarır

Bir kişinin qadının cavabı ilə bağlı şübhələri varsa, deməli nəsə var

Qadınların etdikləri hərəkətlər çox aydındır, amma bunlar bəzi kişilər üçün çox anlaşılmazdır. Makiyaj etməsi və ya qadınların rəfiqələri ilə birlikdə tualetə getməyi kişilərin başını qarışdırır. Bir çox kişinin soruşmağa cəsarət etmədiyi amma cavablarını bilmək istədikləri sualların cavabları.

Qadınlar niyə makiyaj etmək üçün bu qədər zaman xərcliyir və makiyajsız necə görünürlər?

Demək olar ki, bütün qadınlar gənc və cəlbedici görünmək üçün bir çox kosmetik vasitələrdən istifadə edir. Kişilər təmizlik, pilinq və nəmləndirmə haqqında çox şey bilməyə bilər. Bunlar da zaman və vaxt tələb edən aşamalardır. Qadınlar isə baxımlı olmaq adına etdikləri heç bir şeydə tələsməzlər. Dəriyə qulluq bitdikdən sonra makiyaj etməyə keçilir. Elə buna görə də 30 dəqiqəlik qulluqdan sonra az miqdarda makiyajla təbii görünürlər.

Ya da tam fərqli insan kimimi görünür?

Kremlər, losyonlar, parıltılar, tujlar və bir çox qablar qadınların makiyaj stollarının vaz keçilməzlərindəndir. Bəli, qadınlar bunların hər birini istifadə etməyi çox sevirlər. Makiyaj sektoru demək olar ki, hər ay yeni kosmetik vasitələr satışa çıxarır. Yəni, çox makiyaj etdiyi üçün qadınları günahlandırmayın, o, sadəcə yeni vasitələr sınaqdan keçirir.

Qadınlar qucaqlaşmağı niyə bu qədər sevir?

Bütün qadınlar qucaqlaşmağı sevirlər, demək olar ki, bunun istisnası yoxdur. Əslində səbəbi olduqca bəsitdir. Qucaqlaşmaq, rahatlığı, dəstəyi və özəli paylaşmaq arzusunu ifadə edir. Və qucaqlaşma pozitivlik hormonu olan oksitosin yaradır. Bu da, gün ərzində daha pozitiv olmağa səbəb olur. Buna görə də - daha çox qucaqlaşın.

Qadınlar niyə tualetə qrup halında gedirlər?

Bu sual bir çox kişini narahat edir. Bu vəziyyətə daha çox gənc qızlar arasında rast gəlinir. Özlərini güvəndə hiss etmək və makiyajlarını təzələmək üçün birlikdə hərəkət edirlər.

Qadınlar menstruasiya dövründə niyə əsəbi olurlar?

Bu hal qadından, qadına dəyişir. Amma çox zaman qadınlar bu dövrdə gərgin olurlar. Menstruasiya dönəmi, ruh halı dəyişikliyi, cinsəl passivlik, ağrılar və ağrıları azaltmaq üçün rahat bir vəziyyət axtarma çabası içində kim sakit ola bilər?

Qadınlar çantalarında nələr gizlədir?

Hər şey! Pul kisəsi, günəş eynəyi, dəftər, qələm, dodaq boyası, əl kremi və daha bir çox şey.

Qadınlar duşda niyə bu qədər zaman keçirir?

Saçlara və bədənə diqqət etmək, makiyaj etmək qədər vacibdir. Hələ uzun saçlı xanımların işi daha çətindir. Çünki onlar şampun, krem, saç yağları və başqa vasitələrdən də istifadə etməli olurlar. Bu da çox vaxt alır.

Mən yaxşıyam! Həqiqətən nə anlama gəlir?

Bir kişinin qadının cavabı ilə bağlı şübhələri varsa, deməli nəsə var. Birincisi, səs tonuna diqqət edin. Bəzi qadınlar "mən yaxşıyam" ifadəsini istifadə edərkən hərəkət etmək üçün bir qoruyucu mexanizmdən istifadə etdiyini söyləyirlər.

Nigar CƏFƏR

AzNews.az